Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş anım gecəsi keçirilib - +FOTOLAR-VİDEO ( AZpressAZ - Nəriman İsmayılov )

Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş anım gecəsi keçirilib +FOTOLAR-VİDEO ( AZpressAZ - Nəriman İsmayılov )

“EMEDIA GROUP” Media Holdinqin təşkilatçılığı və “QAFQAZ BAKU SPORT” Hotelin təşkilatı dəstəyi ilə Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş anım gecəsi keçirilmişdir. Gecə Azərbaycan Respublikasının dövlət himni ilə və Türk qardaşlarımızın Xocalı soyqırımı ilə əlaqədar hazırladığı video çarx ilə açılış olundu.Gecədə “EMEDIA GROUP”-un sədri Elşən Əliyev çıxış edərək sözlərinə bir millət iki dövlətdir deyərək başlayıb dəyərli Türk qardaşlarımızın bizə özəl hazırladıqları video ilə aclış etdik deyərək çıxış etdi bildirdi ki Bu gün burada yıgışma səbəbimiz bu günü anma səbəbimiz məlumdur düz 26 il əvvəl Tarixə qara bir ləkə olaraq yaddaşlara yazıldı

 

Xocalı soyqırımının 26-cı ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir.

 

Hər il bu faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən qeyd olunur.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.

 

Bu gun burda anım mərasimi etmə səbəbimiz əsas odur ki biz Xocalını unutmadık..unudmayacağıq və unutdurmayacagiq.

 

Gecədə Dövət rəsmiləri, Qht rəhbərləri, Səfirlik və incəsənət sahəsinin adamları iştrak etmişdir. Xüsusi hazırlanmış Elvin Abdullayevin çəkdiyi “MƏRİZ” filmi, Sevinc Tofiqqızının “XOCALI FƏRYADI” adlı kompazisiya, “Rüstəm Fərman Qrup” un hazırladığı video çarxıda təqdim olundu.

 

Gecəyə qatılan iştirakçılar Xocalı Soyqırımı haqqında xatirələrini danışdılar və hər biri qeyd etdi ki, erməni terrorunun nəticəsində vəhşicəsinə qətlə yetirilən soydaşlarımızın qanı yerdə qalmayacaq. Həmçinin Xocalı soyqırımının dünyada tanıdılması üçün hər bir Azərbaycanlı yüksək səviyyədə iş aparır və dövlətimizin buna yüksək dəstək göstərdiyini qeyd etdilər.

 

Və sonda sözləri Qənirə Paşayevaya aid olan Ahmed Şafak tərəfindən öxunmuş “Qarabağ” musiqisi ilə bağlanış oldu.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !