Təbrizli fotoqrafın Xocalıda çəkdikləri... - (+FOTOLAR)

Təbrizli fotoqrafın Xocalıda çəkdikləri... (+FOTOLAR)

Dünyaca məşhur azərbaycanlı fotoqraf Rza Diqqəti (Reza Deghati) Xocalı qətliamının anım günündə həmin faciədən dərhal sonra çəkdiyi fotoşəkilləri təqdim edib.

 

Femida.az xəbər verir ki, Azərbaycanlı fotoqraf Rza Diqqəti 1952-ci ildə Təbrizdə anadan olub.

 

1981-ci ildən isə Fransanın paytaxtı Parisdə yaşayıb fəaliyyət göstərir. Onun gördüyü işlər haqqında "National Geographic" televiziyası tərəfindən neçə-neçə sənədli film çəkilib. Onların arasında "Cəbhə gündəliyi" sənədli filmi 2002-ci ildə "Emmy" mükafatına layiq görülüb.

 

Reza Diqqətinin çəkdiyi fotoşəkillər dünyanın ən mötəbər jurnal və qəzetlərinin səhifələri və cildini bəzəyib. 30 ildən artıq fəaliyyəti zamanı o, fotolar vasitəsilə müharibə və yoxsulluğun dəhşətləri, onların gətirdiyi bəlaları göstərməyə çalışıb.

 

Rza bəyin Xocalı qətliamının anım günündə həmin faciədən dərhal sonra çəkdiyi fotoşəkilləri sizə təqdim edirik.

 

Xocalı soyqırımından sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi öldürülən azərbaycanlıların meyitini geri qaytarmaq üçün atəşkəs elan edib. 2500 sakin (müharibəyə qədər onların sayı 23757 nəfər idi) elektriksiz, yanacaqsız, su və qidasız qalıblar, bu səbəbdən də təhlükəsiz yollar ilə şəhərdən getmək istəyiblər, onlara vəd edilən də bu idi. Amma şəhərin çıxışlarında onları erməni silahlı qüvvələri və sovet ordusunun 366-cı diviziyasının üzvləri gözləyirdilər.

 

Bu kütləvi qətliyamın nəticəsində 613 adam ölüb, onlardan 487 nəfər xüsusi amansızlıqla öldürülüb. Güllədən canını qurtaran və yaralananlar isə dağlardan keçməli olub, onların çoxu soyuqdan donaraq ölüb. 1275 nəfər əsir düşüb. Sağ qalanlar isə morq kimi istifadə edilən Ağdam məscidinə doğru irəliləyiblər.

 

Hər gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyit torbalarında gətirdikləri cəsədlərin arasında dolaşaraq erməni əsgərlərinin törətdikləri vəhşiliklərin şahidi olurdular.

 

 

Azərbaycan, Qarabağ, Ağdam, 1992-ci il fevral
Kişilərin arasında dayanan qadın meyitlərin arasında qohumlarını tanıyıb.

 

 

Azərbaycan, Qarabağ, Ağdam, 1992-ci il fevral
Kütləvi qətliamdan sağ çıxan şəxs əlində itkin düşən oğlunun şəklini saxlayıb, ətrafdakılardan oğlunu görən olduğunu soruşur.

 

 

 

Azərbaycan, Xocalı və Ağdam arasında yol. 1992-ci il mart
Xocalı qətliamından sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəflərin əsirləri dəyişdirə bilməsi, eləcə də Xocalıda öldürülən azərbaycanlıların meyitlərinin qaytarılması üçün yerli atəşkəsə nail oldu.

 

 

Azərbaycan, Qarabağ, Ağdam, 1992-ci il fevral
Qohumunun meyitini verilməsini məscidin yanında gözləyən kişi. O tabut və kəfən hazırlayıb ki, meyiti müsəlman adətlərinə görə kəfənə büksün.

 

 

Azərbaycan, Qarabağ, Ağdam, 1992-ci il fevral
Qətliamdan sonra sağ qalan qadın qohumlarını dəfn etmək üçün gözləyir.

 

 

Azərbaycan, Qarabağ, cənub kəndi, 1992-ci il fevral
Qarabağın cənub kəndində məktəb binasında yaralı azərbaycanlıların müalicəsi üçün müvəqqəti hospital yaradılıb. Erməni snayperinin başından yaraladığı qardaşına yardım edən kişi. Qarabağa digər ölkələrdən döyüşməyə gələn snayperlər əsasən insanların başına atəş açırdılar.

 

 

Azərbaycan, Xocalı və Ağdam arasında yol, 1992-ci il mart.
Xocalı qətliamından sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəflərin əsirləri dəyişdirə bilməsi, eləcə də Xocalıda öldürülən azərbaycanlıların meyitlərinin qaytarılması üçün yerli atəşkəsə nail oldu. Ermənilər tərəfindən əsir götürülmüş azərbaycanlılar ailələri ilə görüş gözləyirlər.

 

 

Azərbaycan, Qarabağ, Ağdam, 1992-ci il fevral
Xocalı qətliamından sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi öldürülən azərbaycanlıların meyitini geri qaytarmaq üçün atəşkəs elan edib. 2500 sakin (müharibəyə qədər onların sayı 23757 nəfər idi) elektriksiz, yanacaqsız, su və qidasız qalıblar, bu səbəbdən də təhlükəsiz yollar ilə şəhərdən getmək istəyiblər, onlara vəd edilən də bu idi. Amma şəhərin çıxışlarında onları erməni silahlı qüvvələri və sovet ordusunun 366-cı diviziyasının üzvləri gözləyirdilər.

Bu kütləvi qətliamın nəticəsində 613 adam ölüb, onlardan 487 nəfər xüsusi amansızlıqla öldürülüb. Güllədən canını qurtaran və yaralananlar isə dağlardan keçməli olub, onların çoxu soyuqdan donaraq ölüb. 1275 nəfər əsir düşüb. Sağ qalanlar isə morq kimi istifadə edilən Ağdam məscidinə doğru irəliləyiblər.

 


 

Azərbaycan, Qarabağ, 1992-ci il
Azərbaycan əsgərləri dağ yolunu mühafizə edirlər.

 

 

Azərbaycan, Qarabağ, Ağdam, 1992-ci il fevral
Ailələr öz qohumlarını yaxınlıqdakı parkda dəfn etmək üçün morqun yanında gözləyirlər.

 

 

Azərbaycan, Qarabağ, Ağdam, 1992-ci il fevral
Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilindən meyitlər düşürülərkən, qadın onlardan birinin onun əri olduğunu görür.

 

 

Azərbaycan, Qarabağ, Ağdam, 1992-ci il fevral
"Əhəd, Əhəd, Əhəd, mənim qardaşım", - deyə meyitlər arasında qardaşını tanıyan kişi qışqırır.

Xocalıda kütləvi qətliamın nəticəsində 613 adam ölüb, onlardan 487 nəfər xüsusi amansızlıqla öldürülüb. Güllədən canını qurtaran və yaralananlar isə dağlardan keçməli olub, onların çoxu soyuqdan donaraq ölüb. 1275 nəfər əsir düşüb. Sağ qalanlar isə morq kimi istifadə edilən Ağdam məscidinə doğru irəliləyiblər. Hər gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyit torbalarında gətirdikləri cəsədlərin arasında dolaşaraq erməni əsgərlərinin törətdikləri vəhşiliklərin şahidi olurdular.

 

 

Azərbaycan, Qarabağ, Ağdam, 1992-ci il fevral
Qətliamdan sağ çıxan qadın morqun yanında ərinin meyitini tanımaq üçün gözləyir. Çəkdiyi iztirabdan cırmaqladığı üzündən qan axır.

 

 

Azərbaycan, Qarabağ, Ağdam, 1992-ci il fevral
Ana və oğulun qərənfil düzülmüş məzarı

 

 

Azərbaycan, Qarabağ, Ağdam, 1992-ci il fevral
Qətliamdan sağ çıxan qadın qohumlarının meyitini tanıdıqdan sonra hönkürərək morqda çıxır.

 

 

Azərbaycan, Qarabağ, Ağdam, 1992-ci il fevral
Bu qadın elə indicə öldürülmüş oğlunu və ərinin meyitlərini tapıb.

 

 

Azərbaycan, Qarabağ, Şuşa, 1992-ci il fevral
1992-ci ilin may ayının 8-də erməni silahlı qüvvələri Şuşanın işğalı üzrə əməliyyat keçiriblər. Bu rayon erməni silahlı qüvvələri tərəfindən bir neçə ay müddətinə mühasirəyə alınıb və sonda işğal edilib. İşğal zamanı şəhərin əksər hissəsi bombalarla dağıdılıb, ona görə də azərbaycanlı əsgərlər şəhər məktəbini qərargah kimi istifadə edirdilər. Şuşa Qarabağın tarixi mədəni mərkəzi və azərbaycanlıların Qarabağda son strateji mövqeyi idi.

 

 

Azərbaycan, Qarabağ, Ağdam, 1992-ci il fevral
Ailə üzvləri müsəlman adətləri üzrə dəfnə hazırlaşırlar. İki qardaş həlak olan üçüncü qardaşı kəfənə bükərək tabuta qoyurlar.

 

 

Azərbaycan, Qarabağ, Ağdam, 1992-ci il fevral
Qətliyamdan sağ çıxan kişi itkin düşən oğlunu axtarır

 

Xocalı qətliyamından sonra, Beynəlxalq Qırmızı Xaç Komitəsi öldürülən azərbaycanlıların meyitini geri qaytarmaq üçün atəşkəs elan edib. 2500 sakin (müharibəyə qədər onların sayı 23757 nəfər idi) elektriksiz, yanacaqsız, su və qidasız qalıblar, bu səbəbdən də təhlükəsiz yollar ilə şəhərdən getmək istəyiblər, onlara vəd edilən də bu idi. Amma şəhərin çıxışlarında onları erməni silahlı qüvvələri və sovet ordusunun 366-cı diviziyasının üzvləri gözləyirdilər.
Bu kütləvi qətliyamın nəticəsində 613 adam ölüb, onlardan 487 nəfər xüsusi amansızlıqla öldürülüb. Güllədən canını qurtaran və yaralananlar isə dağlardan keçməli olub, onların çoxu soyuqdan donaraq ölüb. 1275 nəfər əsir düşüb. Sağ qalanlar isə morq kimi istifadə edilən Ağdam məscidinə doğru irəliləyiblər. Hər gün Qırmızı Xaç Komitəsinin meyit torbalarında gətirdikləri cəsədlərin arasında dolaşaraq erməni əsgərlərinin törətdikləri vəhşiliklərin şahidi olurdular.

 

 

Azərbaycan, Xocalı və Ağdam arasında yol, 1992-ci il mart.
Xocalı qətliyamından sonra Qırmızı Xaç Komitəsi tərəflərin əsirləri dəyişdirə bilməsi, eləcə də Xocalıda öldürülən azərbaycanlıların meyitlərinin qaytarılması üçün yerli atəşkəsə nail oldu. Ermənilər tərəfindən əsir götürülmüş azərbaycanlılar ailələri ilə görüş gözləyirlər. Erməni əsirliyindən qurtarılan azərbaycanlı əsir ailəsinə qovuşur.


Femida.az