Gözünü sil xəlvətdə - - Əbülfət MƏDƏTOĞLU

Gözünü sil xəlvətdə - Əbülfət MƏDƏTOĞLU

Gözünü sil xəlvətdə

 

Yoxam, ölmüşəm artıq,
Üzülmə bu xəbərdən...
Düşün ki, qayıdacam-
Sonsuzluğa səfərdən!..

 

Günlərin caynaqları,
Anları üyüdəcək...
Saxlayıb qaynaqları-
Xatirə böyüdəcək!..

 

Kirpiklərdən asdığın,
Yollar da yorulacaq...
Dodağına yazdığın -
O, adda sovrulacaq!..

 

Bütün bunlar həyatın,
Gördüyümüz yuxusu..
Çəkiləcək səndən də -
Mənsizliyin qoxusu...

 

Axı, çiçək, düşən şeh...
Sonun bilmir əlbəttdə...
Əsir artıq bizim meh-
Gözünü sil xəlvəttdə.. 

 

adalet.az