Könüllü məşhurlar - - Layihə (+FOTOLAR)

“Könüllü məşhurlar” - Layihə (+FOTOLAR)

Sumqayıt regional “ASAN xidmət” mərkəzi 27 fevral 2018-ci il tarixdə “Könüllü məşhurlar” layihəsi çərçivəsində növbəti qonağını qəbul etmişdir. Əməkdar artist, tanınmış müğənni Ədalət Şükürov Sumqayıt “ASAN xidmət” mərkəzinin qonağı olmuşdur. Ədalət Şükürov cari və məzun könüllülərlə çay süfrəsi arxasında görüşmüş, öz həyat təcrübəsindən,əldə etdiyi uğurlardan, könüllülük fəaliyyətinin əhəmiyyətindən danışdı, verilən sualları cavablandırdı. Çay süfrəsindən sonra Ədalət Şükürov könüllülük fəaliyyətinə başladı, ərizə masasında vətəndaşların ərizə və anketlərini doldurdu, növbə aparatında vətəndaşlara növbə verdi, hazır sənəd pəncərələrində xidmət göstərdi, vətəndaşlardan sorğu götürdü, Yaşıl ASAN, ASAN məktub, Əsgərə Məktub layihələrinə dəstəyini ifadə etdi. Bütün fəaliyyətlərini nəzərə alaraq Ədalət Şükürov 27 fevral 2018-ci il tarixində Sumqayıt regional “ASAN xidmət” mərkəzində “Könüllü məşhurlar” layihəsi çərçivəsində könüllü olaraq vətəndaşlara xidmət və vətəndaş axınının idarə olunması sahələri üzrə fəaliyyət göstərdiyi üçün 1-ci dərəcəli ŞƏHADƏTNAMƏ ilə təltif olundu. Qeyd edək ki, bundan öncə xalq yazıçısı Cingiz Abdullayev, Azərbaycan futbol millisinin və Qarabağ Ağdam futbol klubunun baş məşqçisi Qurban Qurbanov, deputat Tahir Mirkişili, Azərbaycanın əməkdar artistiBəhram Bağırzadə,Azərbaycanın əməkdar artisti Murad Dadaşov layihənin qonağı olub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !