Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Dağdibi məhəlləsinin sakinləri ilə görüşüb - + FOTOLAR (AZpress.AZ – İsmayıl Əhmədov, Şəki )

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı “Dağdibi” məhəlləsinin sakinləri ilə görüşüb + FOTOLAR (AZpress.AZ – İsmayıl Əhmədov, Şəki )

Martın 1-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin “Dağdibi” məhəlləsində səyyar qəbul keçirib.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, məhəllə sakinləri iştirak ediblər.
Görüşün əvvəlində Şəki şəhərində ötən ildə görülmüş işlərdən söz açılmış, həyata keçirilən layihələr barədə məlumat verilmişdir.
Sonra məhəllə sakinləri Şahin Musayev, Xalidə Mustafayeva, Ülviyyə İsmayılova, Valeh Rəsulov və başqaları çıxış edərək ərazidə uşaqlar üçün əyləncə mərkəzinin təşkil edilməsini, G.İlyasov küçəsinin işıqlandırılmasını, həmin küçənin N.Nərimanov küçəsi ilə kəsişdiyi ərazidə avtobus dayanacağının qoyulmasını, N.Nərimanov küçəsində münasib yerdə aptek açılmasını və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !