Bir qəbirdə iki insan - - DÜZGÜNDÜRMÜ?

Bir qəbirdə iki insan - DÜZGÜNDÜRMÜ?

Tahir Əkbər olayı: iki insan bir qəbirdə... - İlahiyyatçı 

 

Dəfn edilmiş insanın qəbirdən çıxarılması düzgün hesab edilməsə də, insanın öz vəsiyyəti varsa və ailə üzvlərinin ürəyi narahatdırsa, vəfat edənin nəşi qəbirdən çıxarılıb başqa yerdə dəfn edilə bilər.

 

Bu sözləri Kult.az-a ilahiyyatçı alim Elşad Miri bir neçə gün öncə vəfat etmiş tanınmış bəstəkar Tahir Əkbrin dəfnindən bir gün sonra məzardan çıxarılaraq, atası ilə bərabər, eyni qəbirdə dəfn edilməsinə münasibət bildirərkən deyib.

 

E.Miri bildirib ki, ölən şəxsin nəşi qəbirdən çıxarılan zaman hər hansısa dini mərasimə ehtiyac yoxdur:

 

“İslam dinində ümumiyyətlə dini mərasim anlayışı yoxdur. Bunlar sonradan ortaya çıxmış fikirlərdir”.

 

İlahiyyatçının sözlərinə görə, islam dinində bir qəbirdə iki insanın dəfn edilməsi günah hesab edilmir:

 

“Din bunu qadağan etmir. Dəfn edilmiş insanın yanında başqa biri də dəfn edilə bilər. Özü atasının məzarında dəfn edilməyi vəsiyyət edibsə, qəbrin açılması və orada dəfn edilməsində heç bir narahatlıq, dinə zidd məqam yoxdur”.

 

İlahiyyatçı Rəsul Mirhəşimli isə bildirib ki, islamda cənazənin dəfn edildikdən sonra bir yerdən başqa yerə daşınması caiz deyil. Bunu geniş şəkildə izah edən ilahiyyatçı hansı hallarda qəbrin açılmasına icazə verildiyini də bildirib:

 

“Məzarın olduğu yerdən yol keçdikdə, qəbir su altında qaldıqda və ya qəbrin başqasına aid olduğu sonradan üzə çıxdıqda və orada dəfn olunmaq üçün izn olmadıqda məzarı bir yerdən başqa yerə daşımağa icazə verilir.

 

Cənazə qəbrə qoyulub, üzərinə torpaq atıldıqdan sonra artıq camaatın əlindən çıxır və Allaha təslim edilmiş sayılır. Əgər zərurət yaranmayıbsa, qəbrin açılmaması lazımdır”.

 

İlahiyyatçı bildirib ki, dünyasını dəyişən adamın haradasa dəfn edilməsi ilə bağlı vəsiyyəti varsa, bu zaman da qəbir yeri dəyişdirilə bilər:

 

“Məsələn, vətənindən uzaqda dünyasını dəyişmiş insan doğma yurdunda dəfn edilməsini vəsiyyət edir, lakin dünyasını dəyişərkən onu həmin yerdə dəfn etmək mümkün olmur. Bu halda cənazə əmanət olaraq torpağa tapşırılır, imkan yarananda adamın vəsiyyəti yerinə yetirilir və vəsiyyət etdiyi məkanda dəfn edilir”.

 

R.Mirhəşimli bildirib ki, bir məzarda birdən artıq ölü dəfn etmək məkruhdur:

 

“İslam terminologiyasında məkruh olan şey insanı günaha salmaz, amma həmin əməli etməmək daha yaxşıdır. Yoluxucu xəstəlik, zəlzələ və başqa təbii fəlakətlər zamanı ölənlərin sayının çox olma ehtimalı var. Bu durumda hər bir insan üçün ayrıca qəbir yeri hazırlamaq çətin olduğundan, bir məzarda bir neçə nəfəri dəfn etmək mümkündür.

 

Normal şərtlərlə bir məzarda yalnız bir cənazə dəfn edilə bilər. Öncə dəfn edilmiş cənazə tamamilə çürüyüb, torpağa qarışmayıbsa, dediyim zərurət yoxdursa, bir məzarda iki cənazənin dəfn edilməsi caiz deyil.

 

Vəsiyyəti yerinə yetirmək də həyatda olan insanların borcudur. Allah Qurani-kərimdə buyurur: “(Ölənin vəsiyyətini) eşitdikdən sonra onu dəyişənlər günah sahibi olarlar” (“Bəqərə” surəsi, ayə 181)".

 

Qeyd edək ki, martın 2-də uzun sürən xəstəlikdən sonra vəfat edən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər dəfn olunduğu məzardan çıxarılıb. Bəstəkarın həyat yoldaşı bunu T.Əkbərin ona layiq olmayan yerdə dəfn edilməsi və vəsiyyətinə uyğun etdiyini bildirib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !