ADGTT-da 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şou-proqram təqdim olunacaq -

ADGTT-da 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şou-proqram təqdim olunacaq

Mart ayının 8-də saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şou-proqram təqdim olunacaq.
Teatrın istedadlı aktyoru, Rusiya Federasiyası Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədovun teatrın bütün xanım əməkdaşlarının şərəfinə verdiyi konsert proqramı artıq ənənə halını alıb. 8 Mart ərəfəsində baş tutan konsertin əsas məqsədi xanımların zövqlərini oxşayacaq musiqi nömrələri təqdim etmək, onlara yadda qalan bayram yaşatmaqla məişət problemlərindən uzaqlaşdırmaqdır. Şou gecədə bayramın səbəbkarlarına İlham Əsədovun ifasında Azərbaycan xalq və müasir musiqiləri ilə yanaşı dünya xalqlarının dillərində mahnılar, teatrın kişi aktyorları tərəfindən hazırlanmış maraqlı səhnəciklər təqdim ediləcək. 8-ci ildir ki təqdim edilən konsert proqramında tamaşaçıları sürpriz qonaqlarla görüş də gözləyir. 8 mart günü xanımlara ən gözəl hədiyyə musiqi və sənətin səhnədən bəxş etdiyi zövq də ola bilər. ADGTT-da qeyd edəcəyiniz bayramın təəssüratı uzun zaman yaddaşınızda iz salacaq. Elə bu səbəbdən 8 Mart günü yolunuzu teatrdan salın.
Biletləri mərkəzləşdirilmiş kassalardan və "Asan xidmət" filiallarından əldə edə bilərsiniz.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !