Od çərşənbəsinə həsr edilmiş tədbir keçirilib +FOTOLAR (AZpress.AZ, Maya Quliyeva, Qarabağ)

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Yevlax rayon Ərəş kənd Folklor evində Od çərşənbəsinə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Ərəş kənd Foklor evinin direktoru Raqubət Fərəcova açaraq elimizin ,obamızın ta qədimdən bu günə qədər qoruyub saxladığı bayramların ən gözəli Novruzun ikinci çərşənbəsi xalq arasında üskü çərşənbə və Adlı çərşənbə kimi tanınan Od çərşənbəsi haqqında geniş məlumat verib. O, həmçinin, qeyd edib ki, - “Bu çərşənbə insanların oda, günəşə olan inamından irəli gəlir. Adət-ənənəyə görə bu gün tonqallar qalanar, alovun üzərindən tullanmaqla bütün çikabları, azar-bezarları yandırarlar. Od çərşənbəniz mübarək olsun!”

 

Folklor evinin həyətində od çərşənbəsi münasibətilə təşkil olunmuş tədbirdə kəndin qız və gəlinləri elimizin qədim adət və ənənələrini yaşatmaq, nümayiş etdirmək məqsədilə sac üstündə yuxa salıb, buğda təmizliyib, qovurğa qovurub, kirkirə daşında buğda üyüdülüb, samavarlar qalanıb, gənclərə adətlərimiz təbliğ olunub. Kosa ətrafına topladığı iştirakçılarla yumurta döyüşdürüb, “Ənzəli” xalq oyunu oynayıblar. Uşaqlar isə ən sevimli əyləncələrindən olan tonqal üstündən hopbanıblar.

 

Tədbir çox şən əhval-ruhiyyədə başa çatıb.

 

Qeyd edək ki, bu bayramda hər kəs tonqal qalayar ,dilək tutar,arzularının çin olması üçün dualar edər.

 

Arzularınız çin olsun! Tonqallarınız daim yanar olsun. Bayram tonqallarımız Qarabağ torpaqlarında alovlansın!