Rəssamın keçdiyi uğurlu yol! - +FOTOLAR ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Rəssamın keçdiyi uğurlu yol! +FOTOLAR ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Sənət aləminin yazılmamış qanunları var. Hər bir insan bundan nece istifadə edəcəyini özü düşünüb , özü kəşf edir. Kimi bu yolda irəliləyir, kimi də yolun yarısında öz karvanını yoldan çəkməyə çalışır. Sənət elə bir aləmdir ki, burada heçnədən qorxmadan addımlamalısan. Aynurə Haşımova məhz o rəssamlardandır ki,qorxmadan irəliyə doğru düşünmədən addımlamağı bacarmışdır.Əsərlərində ki, rəng çalarları özünə məxsus texnika rəssamın peşəkar fırçaısının bəhrəsidir desək yanılmarıq.
AZpress.AZ xəbər saytının məlumatına əsasən bildiririk ki, 7 mart 2018-ci il tarixində Rusiya Mədəniyyət Mərkəzində Aynurə Həşimovanın ikinci fərdi sərgisi keçirilmişdir. Sərgidə rəssamın illərdir işlədiyi əsərlərin bir qismi sərgilənmişdir. Hər əsər özündə bir hiss, bir dünya gizlədirdi sanki. Müxtəlif texnikalarla işləyən Aynurə Həşimova öz əsərlərində öz daxili aləmini göstərməyə çalışmışdır. Sakit təbiətli xanımın əsərləridə insanın ruhuna bir sakitlik bəxş edirdi.
Aynurə Abdulla qızı Həşimova Bakı şəhərində ziyalı ailəsində doğulmuşdur.Kiçik yaşlarından rəsmsamlığa olan marağını görən atası ona bu yolda ən böyük dəstək olan şəxsdir. Abdulla Həşimov qızında olan bu istedadı gördüyü üçün ona hər zaman dəstək olaraq onun peşəkar rəssam olması üçün əlindən gələni əsirgəməmişdir. Qeyd edək ki, Aynurə bu sənətə öz istəyi və atasının arzusu ilə yiyələnib. -1993-1997-ci illər ərzində Ə.Əzimzzadə adına rəssamlıq texnikumunda təhsil alan Aynurə həşimova 1998-ci ildə Azərbaycan Rəssamlıq Akademiyasında təhsilini davam etməyə başlamışdır. Bakalavr , magistr pilləsindən sonra A.Həşimova 2015-ci ildə elmi işini müdafiə edərək “Sənətşünaslıq və pedaqoqika üzrə fəlsəfə doktoru diplomunu almışdır.Bundan sonra o Tofiq İsmayılov adına uşaq rəsm Qalereyasının müdiri vəzifəsində çalışmışdır. Sənətində olduqca irəliləyən xanım rəssam 2001-ci ilədn Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
AZpress.AZ , Minə Türksoy.