EHTİYATLI OLUN! - - (YENİLƏNDİ) Mobil telefonlarınızda yeni fırıldaq (+FOTO)

EHTİYATLI OLUN! - (YENİLƏNDİ) Mobil telefonlarınızda yeni fırıldaq (+FOTO)

Azərbaycanda yeni fırıldaq – DİN adından sizə bu mesaj gəlirsə aldanmayın

 

Azərbaycanda ağıllı telefonlar vasitəsilə internetdən istifadə edənlər qəribə fırıldaqla qarşılaşırlar.

 

Minval.info xəbər verir ki, hansısa vebsayta daxil olmaq istəyərkən istifadəçilər guya Daxili İşlər Nazirliyindən gələn xəbərdarlığı görürlər.

 

Fırıldaqçıların DİN-in adından göndərdiyi bildirişdə pornoqrafik saytlara daxil olanlardan 80 manat cərimə ödəməkləri tələb edilir və əgər 6 saat ərzində məbləğ ödənilməzsə cinayət işinin açılacağı deyilir.

 

Bildiriş mətnində qeyd edilən Cinayət Məcəlləsinin 137-ci maddəsi isə, İnsan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmənin qadağan edilməsi ilə bağlıdır.

 

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi pornoqrafik materialların yer aldığı saytlara girişi qadağan etmir, sadəcə azyaşlıların pornoqrafik görüntülərinin çəkilməsi, yayılması, izlənilməsi cinayət məsuliyyətinə səbəb olur.

 

                                                                               ***

 

Nazirlikdən reaksiya: “Belə mesaj alanlar mütləq bizə müraciət etsinlər”

 

Azərbaycanda ağıllı telefonlar vasitəsilə internetdən istifadə edənlər qəribə fırıldaqla qarşılaşırlar.

 

Hansısa vebsayta daxil olmaq istəyərkən istifadəçilər guya Daxili İşlər Nazirliyindən gələn xəbərdarlığı gördükləri barədə xəbər vermişdik.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Minval.info-a açıqlamasında vətəndaşları diqqətli olmağa çağırıb:

 

“Bu ya kiminsə uydurması, vətəndaşlarla zarafatlaşması, ya da birbaşa dələduzluq faktıdır. Bu bildiriş Daxili İşlər Nazirliyi tərəfindən göndərilməyib. Göndərilə də bilməz. Məsələ ilə bağlı araşdırmalar aparılacaq.

 

Əgər başqa insanlar da bu cür mesajlar alıblarsa, mütləq hüquq-mühafizə orqanlarına müraciət etsinlər, bidirişdə göstərildiyi kimi ödəniş etməsinlər. Tez bir zamanda lazımi tədbirlər görüləcək”.

 

Dəniz

Minval.info