Novruz bayramı münasibətilə uşaqlar üçün yeni tamaşa hazırlanıb - + FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev, Lənkəran)

Novruz bayramı münasibətilə uşaqlar üçün yeni tamaşa hazırlanıb + FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev, Lənkəran)

Martın 11-də Lənkəran Dövlət Dram Teatrında Tərlan Abdullayevin müəllifi və quruluşçu rejissoru olduğu “Qaraca qız və Xallı ifritə” adlı nağıl-tamaşanın premyerası olub. Xeyirlə şərin mübarizəsindən bəhs edən səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, rəqslərin qurluşçusu Günel Abbaszadə, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Məktəblilər tərəfindən maraqla qarşılanan tamaşada əsas rolları Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Qızılgül Quliyeva, Emin Fərzullayev, Aysel Cahangirova, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.
Qeyd edək ki, Novruz bayramı günlərində oynanılacaq bu tamaşa məktəb yaşlı uşaqlara xoş anlar yaşadacaq.


Ağaddin BABAYEV, Lənkəran

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !