Sən savadsız, səviyyəsiz adamsan,... - TV-də dava (+VİDEO)

Efirdə dava düşdü: “Sən savadsız, səviyyəsiz adamsan, cəmiyyətə örnək ola bilmərsən”

 

”Space” TV-də yayımlanan ”El bizim, sirr bizim” verilişində mübahisə yaşanıb.

 

Minval.info xəbər verir ki, proqramda Cavid Əhmədoğlu adlı gənc jurnalistlə ekstrasens Bayram Nurlu arasında dava düşüb.

 

Mübahisə zamanı Cavid Əhmədoğlu ekstrasensi savadsız, səviyyəsiz, mədəniyyətsiz adlandırıb. O da öz növbəsində jurnalistlə dalaşıb və efiri tərk edib.

 

“Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişi həftədə iki dəfə, 4-cü və 5-ci günlər saat 21:45-də efirə gedir.

 

Minval.İnfo