Orqanik / ekoloji təmiz kənd təsərrüfatı üzrə maarifləndirici görüşlər - - Tədbir (+FOTOLAR)

“Orqanik / ekoloji təmiz kənd təsərrüfatı üzrə maarifləndirici görüşlər” - Tədbir (+FOTOLAR)

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi daha bir beynəlxalq tədbirdə iştirak etmişdir.

 

07 - 08 mart 2018-ci il tarixlərində Şəmkir və Gəncə şəhərlərində, Kənd Təsərrüfatı Nazirliyinin və FAO-nun birgə təşkil etdiyi “GCP/AZE/006 TUR: Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” layihəsi çərçivəsində keçirilən “Orqanik / ekoloji təmiz kənd təsərrüfatı üzrə maarifləndirici görüşlər” mövzusunda tədbirlər keçirilmişdir. Tədbirlərdə KTN və FAO-nun nümayəndələri ilə bərabər, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin rəhbəri prof. A.Babayev və əməkdaşları, GABA-nın rəhbərliyi və ekspertləri, Dünya Bankının nümayəndələri, müxtəlif kənd təsərrüfatı sahələri ilə məşğul olan ekofermerlər, iş adamları, istehsal müəssisəsinin rəhbərləri iştirak edirdi. Görüşdə məqsəd dünyada ekoloji kənd təsərrüfatının yeri, rolu, əhəmiyyəti, Respublikada vəziyyəti, potensialı, qanunvericiliyi və standartları haqqında məlumat vermək, maarifləndirmə işi aparmaq idi.

 

Mərkəzin rəhbəri professor A.Babayev ekoloji təmiz kənd təsərrüfatının elmi bazasının yaradılımasında ETKT üzrə Regional Təcrübə və Resurs Mərkəzinin rolu, faəliyyəti və apardığı təcrübələr haqqında geniş, ətraflı təqdimatla çıxış etdi, məlumat verdi. Görüş iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirdi.

 

Bu tədbir, Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !