Vətəndaşlardan qanunsuz saxlanılan silahlar götürülüb -

Vətəndaşlardan qanunsuz saxlanılan silahlar götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 9-da bu istiqamətdə keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Pirallahı qəsəbəsində yaşayan Elçin Bayramovun evindən 1 ədəd “F-1” qumbarası, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şabanovdan 1 tapança, bir ədəd patron darağı və 9 ədəd müxtəlif çaplı patron götürüblər. Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Maarif Məmmədovun yaşadığı evdən qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng və 5 ədəd patron, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları Lək kənd sakini Omar Rzayevin yaşadığı evdən 97,3 qram marixuana və müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Nəsimikənd kəndində yaşayan Nəriman Hüseynovun evindən müvafiq sənədləri olmayan “TOZ-28” markalı ov tüfəngi aşkarlayıblar.

 

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )