ADMİU-da Maestro & Masters sərgisi - +FOTOLAR (AZpress.AZ, Rüstəm İsmayılov)

ADMİU-da “Maestro & Masters” sərgisi +FOTOLAR (AZpress.AZ, Rüstəm İsmayılov)

AZpress.AZ xəbər verir ki, 13 mart 2018 tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sərgi salonunda görkəmli rəssam, Əməkdar incəsənət xadimi, Dünya Rəssamlıq Akademiyasının həgigi üzvü, ADMİU-nun “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, professor Arif Əzizin və onun magistr tələbələrinin “Maestro &Masters”sərgisi keçirilib. Arif Əzizin 75-illik yubileyinə həsr olunmuş sərgi Universitetin tarixində ilk dəfə olaraq “müəllim-tələbə” formatında təşkil olunub.
4o ildən artıq Azərbaycan incəsənətində imzası ilə tanınan Arif Əzizin yaradıcılıq diapazonu dekorativ sənət, qrafika, rəngkarlıq, dizayn, teatr-dekor, moda sahələrini əhatə etməklə, ardıcıl şəkildə milli təsviri incəsənətimizin son yarım əsrdə keçdiyi tərəqqi yolunu özündə aydın və emosional tərzdə əks edir. Rəssamın yaradıcılıq fəaliyyətinin əvəzedilməz məqamını onun pedagoji aspekti təşkil edir. Yarın əsrə yaxındır ki, bu fəaliyyət ADMİU-da davam edir, gənc rəssam və sənətkarları zənginləşdirir.
Sərginin lahiyəsi məhz bu kontekstdə, Ustad, onun yolu və onun tələbələri, müəllimin verdiyi ilkin bədii impulslar və onların tələbələrin işlərində özünəməxsus tərzdə inkişafı və ifadəsi kimi kurator Afət Aslanova tərfindən izah edilir. Sərgidə Arif Əzizin fərqli yaradıcılıq dövrlərini əks etdirən 10 əsər nümayış olunur. Rəssama xas mürəkkəb ritmik həll, yaxıların incə oyunu, fərqli ornamental motivlər, pastoz ağ kolorit kimi tanınan amillər əsərlərdə öz əksini tapmışdır. ADMİU-nun “Rəssamlıq” fakultəsinin müxtəlif ixtisasları üzrə təhsil alan I kurs magistr tələbələrinin işlərində akademik tərzlə bərabər fərdi yanaşma, kompozisiyada məkanın və formaların haçalanmasında, həndəsi parçalara bölünməsində, rəng və ritm ilə manipulyasiyalarda sərbəst bədii düşüncə, Maestronun bədii təkanları hiss olunur.
Sərgidə təqdim olunan kataloq iştrakçı və əsərlər haqqında dolğun məlumat verir. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !