III BEYNƏLXALQ TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ - FOLKLOR FESTİVALI -

III BEYNƏLXALQ TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ - FOLKLOR FESTİVALI

Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbi
Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupu  və
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi


Təşkilati dəstək:
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Ağsu rayonu İcra Hakimiyyəti
AMEA Folklor İnstitutu
AzGranata MMC
Allprint MMC



III BEYNƏLXALQ TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ FOLKLOR FESTİVALI

 


Türk dünyasının tarixi obalarından biri Axtaçı obasıdır. Başqırd əsilli Türkiyə tarixçisi Əhməd Zəki Vəlidi Toğan bu adı oğuzlarla əlaqələndirir. Mənbələrdə “Axtaçı” adına ilk dəfə Çingiz xanla əlaqədar hadisələrdə rast gəlinir. Sonralar türk-monqol dövlətlərinin və hakim tayfaların başında məhz axtaçıların durduğu və onun ilkin mənasından ayrılaraq sərkərdə, tayfa başçısı kimi işlədildiyi orta əsr müsəlman tarixçisi Fəzlullah Rəşidəddinin “Cəmi-ət-Təvarix” əsərində görünür. Maraqlıdır ki, Sultan Əlaəddin Keyqubad “Axtaçı” ünvanı almış, Ərtoğrul Qazi axtaçı akıncılarına başçılıq etmişdir. Lakin axtaçılar tədricən obalar şəklində fəaliyyət göstərmiş, indiyə qədər monqol qarışığı müsəlman türk obaları kimi gəlmişlər. Yarımköçəri, tərəkəmə həyat tərzi keçirən axtaçılar Azərbaycan, Türkiyə, İran, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Ukrayna kimi dövlətlərin ərazisinə yayılmışlar. Həmin dövlətlərin türk toplumunun inkişafı və millətlərin formalaşmasında iştirak etmişlər.
Azərbaycanda tarixi Şirvan bölgəsinin iri obalarından biri olmasına rəğmən Axtaçı obası haqqında az yazılmış, etnoqraf və folklorşünasların tədqiqatlarından kənarda qalmışdır. Axtaçı obasının əsasını təşkil etdiyi kəndlərimizdən biri Ağsu rayonunun ən böyük kəndi Gəgəli kəndidir. Əhalisi tarixən qışlaq, yaylaq və yazlaq torpaqlarında maldarlıqla məşğul olmuş bu əski tərəkəmə obasının bəzi folklor nümunələri özünəməxsusluq təşkil edir. Axır çərşənbədə oturma hadisəsi və insanlarla yanaşı heyvanların da çərşənbə tonqalından keçirilməsi adətinin təhlili bu obanın timsalında əski türklərdə axır çərşənbə mərasiminin necə önəmə malik olduğunu görməyə imkan verir.
AZpress.AZ xəbər verir ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Gəgəli kəndində hər il olduğu kimi axır çərşənbə günlərində III Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalını keçirməyi planlaşdırır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağsu rayonu Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdində yeni yaradılmış Tərəkəmə folkloru araşdırma və təbliğat qrupu festivala təşkilati dəstək göstərir.
Festival 2 gecə 3 gün ərzində baş tutur. Festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələrini və axır çərşənbə tonqallarını izləmək, Ağsu turuna qatılmaq mümkündür. Kənd sakinləri ilə təmasda olmaq, kənd mətbəxini dadmaq, qurşaq atmaq, kənddən maraqlı fotolar çəkmək, folklor araşdırması aparmaq və s. mümkün olur. Festivalda öz baharla bağlı adət-ənənlərini təbliğ və təqdim etmək istəyən müxtəlif ölkələrin folklor qrupları, mədəniyyət ocaqları və turizm şirkətləri iştirak etmək üçün dəvət olunur.
19-21 mart 2018-ci il tarixində Ağsu rayonu Gəgəli kəndində keçiriləcək III Folklor Festivalının proqramını Sizə göndərir, festivalda iştirakınızı gəgəlilər və folklorsevərlər ürəkdən arzulayır. Göstərəcəyiniz diqqət və dəstəyə görə bir daha öncədən minnətdarlıq edirik.

 


PROQRAM

 

19 mart 2018-ci il

 

11.00-13.00 Qeydiyyat


11.00-13.00 Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin şagirdləri üçün ustad dərsləri:
AMEA-nın müxbir üzvü Vəli Əliyev                                                                                                    Prof.Dr. Kübra Əliyeva
Prof.Dr. Minəxanım Nuriyeva-Təkləli

 

13.00-14.00 Nahar fasiləsi


13.00-14.00
Səyyar sərgilərə baxış

 

14.00-15.00 Açılış, salamlama nitqləri
Ağsu rayonu İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri
Rəşad Əliyev

 

AMEA Folklor İnstitutunun şöbə müdiri
Afaq Ramazanova

 

Türkiyə Cümhuriyyəti Qars Univeristeti Kültür İdarəsinin müdiri
Çetin Adıgüzel

 

Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru
Firdousi Əskərov

 

Gürcüstan “Dostlar üçün Gürcüstan” Asossiasiyasının prezidenti
Tamara Basilaşvili

 

İran Qadınlar Dəf folklor qrupunun rəhbəri
Şəhla Nəzəri Əfşar

 

15.00-18.00 Bədii hissə:


Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdində Gəgəli Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupu (qrupun rəhbəri Sabit Abdullayev)


Ağsu Xançoban folklor ansamblı
(ansamblın rəhbəri Pərviz Osmanov)


Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram Teatrı
(teatrın direktoru Firdousi Əskərov)


MİRAS Musiqi qrupu
(qrupun rəhbəri Ruslan Adgözəlov)


Türkiyə Cümhuriyyəti Qars Univeristeti Kültür İdarəsinin müdiri
Çetin Adıgüzel


Gürcüstan Respublikası Sameba ansamblı
(ansamblın rəhbəri Giorgi Sukhishvili)


Qəbələ folklor qrupu (Zobi-Zobi)


İran Qadınlar Dəf folklor qrupunun rəhbəri Şəhla Nəzəri Əfşar


Ağsunun Bico kəndi (Aşıq Amil)

 

16.30-17.00 Çay fasiləsi
19.00 Axşam yeməyi və evlərdə yerləşmək

 

20 mart 2018-ci il

 

09.00-10.00 Səhər yeməyi


10.00-11.00 AzGranata MMC ilə tanışlıq


11.30-12.30
Orta əsr Ağsu şəhərində ekskursiya

                                                                                                                                                            12.30-13.30 Kompleksdə nahar

 

14.00-17.00 Bədii hissə:


Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdində Gəgəli Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupu (qrupun rəhbəri Sabit Abdullayev)


Ağsu Xançoban folklor ansamblı
(ansamblın rəhbəri Pərviz Osmanov)


Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram Teatrı
(teatrın direktoru Firdousi Əskərov)


MİRAS Musiqi qrupu
(qrupun rəhbəri Ruslan Adgözəlov)


Türkiyə Cümhuriyyəti Qars Univeristeti Kültür İdarəsinin müdiri
Çetin Adıgüzel


Gürcüstan Respublikası İlori Uşaq Folklor qrupunun rəhbəri Mikheil Pukhashvili


İran Qadınlar Dəf folklor qrupunun rəhbəri Şəhla Nəzəri Əfşar


Türkiyə Cümhuriyyəti Qars şəhəri
Aşıq Bilal

 

17.00-19.00 Milli oyunlar, yarışlar

 

19.00-21.00 Çərşənbə tonqalından tullanma
Dağlarda şamalatma
Arzu fənərlərinin buraxılması



21.00-22.00 Oturma evlərində axşam yeməyi
Şirvan plovu

 

22.00-05.00 Oturma, çillə çıxarma,
səhərə qədər oyaqqalma

 

21 mart 2018-ci il

 

05.00-06.00 Tərəkəmə çərşənbəsi tonqallarının qalanması, heyvanların iki od arasından keçirilməsi mərasimini izləmək

 

06.00-10.00 Dincəlmək, yatmaq

 

10.00-11.00 Səhər yeməyi


11.00 Qonaqların yola salınması

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !