Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu adlı maarifləndirici görüş - + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

“Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” adlı maarifləndirici görüş + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

AZpress.AZ-ın məlumatına görə, 15 mart 2018-ci il tarixdə Bərdə rayon Gənclər və İdman İdarəsinin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb- liseydə yuxarı sinif şagirdlərilə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Vidadi Süleymanov qonaqları təqdim edərək orta məktəblərdə dini radikalizmlə bağlı keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışdı.

 

Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov bu tədbirin "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda keçirilməsinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi. O,radikalizmin yaranmasından,ona dəstək verən, respublikamızın inkişafına mane olmaq istəyən qüvvələrdən,dünyada və ölkəmizdə radikalizmlə aparılan mübarizədən danışdı və qeyd etdi ki,müəyyən siyasi qüvvələrin dəstəyi ilə müxtəlif formada fəaliyyətdə olan radikalizmlə mübarizəni,biz gənclər,Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək,yüksək vətənpərvərlik və vətəndaşlıq həmrəyliyi nümayiş etdirərək aparmalıyıq.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov çıxış edərək Azərbaycanda dinlər arasında heç vaxt qarşıdurma, məzhəb ayrı-seçkiliyinin olmadığından, tolerant və multikultural mühitin mövcudluğundan,dini radikalizm, ekstremizm və onun fəsadlarından qorunması üçün gənclərin maariflənməsinin, radikal qrupların təsirinə məruz qalmamaları baxımından mühüm əhəmiyyəti olduğundan danışdı və dini təriqətlərin radikal yönümlü fəaliyyətləri barədə geniş və ətraflı məlumat verdi.O, mövzunun aktual olduğunu qeyd edərək,gənclərin bu istiqamətdə maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə vacib olduğunu vurğuladı.

 

Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Aydın Qasımov dünyada baş verən münaqişələrin yaranmasında radikal dini təriqətlərdən istifadə edildiyini, belə hadisələrin bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu,tədbirin gənclərin maarifləndirilməsi, onların milli mənəvi dəyərlərimizə bağlılığının qorunması, milli yaddaşın möhkəmlənməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı. O, qeyd etdi ki,dövlətimizin gənclər siyasəti, gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz ruhunda tərbiyə olunması, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması qarşıda duran prioritet vəzifələrdən biridir.

 

Sonda qonaqlar gəncləri maraqlandıran sualları cavablandırdılar.

 

Tədbirə məktəb-liseyin direktoru Vidadi Süleymanov yekun vuraraq təşkilatçılara məktəbin kollektivi adından minnətdarlığını bildirdi. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !