Pullman Cavad Mircavadov və Rübabə Mircavadovanın sərgisinə ev sahibliyi etdi - (+FOTOLAR)

Pullman Cavad Mircavadov və Rübabə Mircavadovanın sərgisinə ev sahibliyi etdi (+FOTOLAR)

Pullman Baku Oteli “Pullman İncəsənət Gecələrini” təqdim etməklə Cavad Mircavadov
və Rübabə Mircavadovanın sərgisinə ev sahibliyi etdi.

 


AZpress.AZ xəbər verir ki, the M.O.S.T. jurnalının incəsənətə həsr olunmuş yeni buraxılışının təqdimatı 13 Mart tarixində Pullman Baku Otelində baş tutmuşdur. Tədbir həm də dünya üzrə Pullman Brendinə
məxsus otellərin incəsənətlə sıx bağılılıq yaratma məqsədini nümayiş etdirirdi. Bu imkan
muzeyləri gəzməyə boş vaxtı olmayan Pullman qonaqlarına, otelin içində incəsənət nümunələri
ilə tanış olma şansı bəxş etmək məqsədi ilə yradılmışdır. Adı çəkilən tədbirdə Azərbaycanda
fəaliyyət göstərən 10-a yaxın ölkənin səfiri, böyük və orta ölçülü biznes sahibləri, rəssamlar,
incəsənət xadimləri və The M.O.S.T. jurnalının partyorları və dostları iştirak etmişdir.
Tədbirdə Azərbaycanın istedadlı rəssamı, ölümündən sonar belə yaratdığı əsərləri qorunub
saxlanılan Cavad MirCavadov və onun həyat yoldaşı Lyubov MirCavadovanın (Rubaba)
şəxsi sərgisi də nümayişdə yerini almışdır. Dünyanın bir çox qalereyalarında Cavad
MirCavadovun yaratdığı əsərlərin bəziləri saxlanılmaqdadır. Cavad MirCavadova həm də
həyat yoldaşının həyatına həsr olunmuş “Aitokua” kitabının müəllifidir. MirCavadova bu və
digər incəsənət və ədəbiyyat dünyasında göstərdiyi təşəbbüslərinə görə Fransanın
“Chevalier” rütbəsi ilə təltif olunmuşdur.
Tədbirə lazımi dəstəyi Azərbaycanın ən böyük tədbir təşkiletmə şirkəti Amapola, yüksək
nüfuzlu profesional təşkilatçılar, kreativ mebel və ev bəzək əşyaları istehsal edən yerli şirkət
“Çələbi”, Azərbaycanın ən məşhur şərab şirkətlərindən olan Savalan şərablarının yaradıcı
ASPİ Şərabçılıq göstərmişdir. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !