Şəkidə modul tipli 5 yeni məktəb quraşdırılacaq - (AZpress.AZ, İsmayıl Əhmədov)

Şəkidə modul tipli 5 yeni məktəb quraşdırılacaq (AZpress.AZ, İsmayıl Əhmədov)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 9-da “Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon 56 min manatı Təhsil Nazirliyinə ayrılıb.
Sərəncamda Şəki rayonunda Aşağı Daşağıl kənd 96 şagird yerlik, Daşbulaq kənd 80 şagird yerlik, Öyrət kənd 56 şagird yerlik, Çapağan kənd 40 şagird yerlik və Yeni Göynük kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəblərin quraşdırılması öz əksini tapıb

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !