Tanınmış ziyalı, alim, şair Hamlet İsaxanlı ilə görüş keçirilib - +FOTOLAR ( AZpressAZ - İsmayıl Əhmədov )

Tanınmış ziyalı, alim, şair Hamlet İsaxanlı ilə görüş keçirilib +FOTOLAR ( AZpressAZ - İsmayıl Əhmədov )

AZpress.AZ xəbər verir ki, Şəkidə Xəzər Universitetinin təsisçisi, tanınmış ziyalı, alim, şair Hamlet İsaxanlı ilə görüş keçirilib.
Bu münasibətlə martın 13-də Şəki Dövlət Dram Teatrında keçirilən “Bu dünyaya nə gətirdim” adlı yaradıcılıq gecəsinin iştirakçıları əvvəlcə foyedə təşkil olunmuş fotosərgi ilə tanış olublar.
Şəhər rəhbərliyinin, ziyalıların, elm və sənət adamlarının iştirak etdiyi tədbirdə Hamlet İsaxanlının həyat və yaradıcılığından, elmi fəaliyyətindən geniş bəhs edilib. Bildirilib ki, bu tədbirin Şəkidə keçirilməsi heç də təsadüfi deyildir. Bu qədim diyar Azərbaycana görkəmli elm və incəsənət xadimləri, şair və yazıçılar, ziyalılar, sənətkarlar bəxş edib.
Diqqətə çatdırılıb ki, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı və tərcüməçi Hamlet İsaxanlı ölkəmizdə ilk dəfə olaraq ingilis dilində təhsil verən özəl ali məktəbi – Xəzər Universitetini təsis edib. Qısa müddət ərzində bu ali təhsil ocağı dünyanın yaxşı tanınan universitetlərindən birinə çevrilib. O, 2010-cu ildən Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri vəzifəsində çalışır.
Qeyd olunub ki, Hamlet İsaxanlının 2012-ci ildə təsis etdiyi Avrasiya Akademiyası riyaziyyat və təbiət, mühəndislik və texnologiya, sosial və humanitar elmlər, musiqi, ədəbiyyat və incəsənət sahələrini əhatə edir. Hamlet İsaxanlı elm və təhsil təşkilatçısı kimi geniş tanınmaqla yanaşı, həm də ədəbiyyat, mədəniyyət və incəsənətin, o cümlədən siyasi və media mədəniyyətinin inkişafı sahəsində xüsusi xidmətləri ilə fərqlənən bir ziyalıdır. O, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifidir.
Gecədə Hamlet İsaxanlı çıxış edərək, tədbirin yüksək səviyyədə təşkilinə görə şəhər rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.
Tədbirin sonunda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Hamlet İsaxanlının yaradıcılıq gecəsinin Şəkidə keçirilməsinin şəhərin mədəni həyatında əlamətdar və yaddaqalan bir hadisə olduğunu bildirib. Sonra professor Hamlet İsxanlıya xatirə hədiyyəsi təqdim olunub.
Gecədə Hamlet İsaxanlının şeirləri səslənib, sözlərinə yazılmış mahnılar ifa olunub.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !