İndi kişilər soyunur... - - (AZpress.AZ, Həcər Məlikova) YENİLƏNDİ

İndi kişilər soyunur... - (AZpress.AZ, Həcər Məlikova) YENİLƏNDİ

Kişi var, arvadının xeyli vişindən buraxıb,
Kişi var, arvadının dövri-qədimdən vişi yox.

 

Əvvəllər soyunan adama pis baxardılar. Qonum qonşu bir araya gələndə söz çıxarardı... Evdə valideynlər övladlarının yanında yay aylarında mayka ilə gəzməyə utanardılar...
Hamamdan çıxan kişiyə o vaxtın arvadları isti çay verərdi...

 

İndi kişilər soyunur... Reytinq... pul... şöhrət naminə... Evdə soyunsanlar... MƏNƏ NƏ? Efir vasitəsilə milyonlarla insanin qarşısına qıllı ayaqlarla çıxmaq nə qədər düzgündür... BİLMİRƏM!
MÜASİRLİK BUDURSA....? MƏN YOX! deyirəm...

 

Kişilik ölçülmür dövlətlə,varla,
Kişilik insanın canında olur.
Ölçülməz üzdəki saxta vüqarla,
Kişinin qeyrəti qanında olur.

 

Həcər Məlikova 

 ***

MTRŞ-dan xalatla efirə çıxan aparıcı ilə bağlı AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi Azərbaycanın tanınmış aparıcısı Zaur Baxşəliyev canlı efirə hamam geyimində çıxıb.

O, aparıcısı olduğu “Zaurla Günaydın” verilişinin bugünkü buraxılışında maraqlı addım atıb. Proqram başlayanda xanımı Günay Baxşəliyevanın mətbəxtdə olduğunu görünüb. Daha sonra Zaur hamamdan çıxdığını, qazın bitdiyini söyləyib.

AZpress.AZ xəbər verir ki, unikal.org bununla bağlı MTRŞ-yə müraciət edib. Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev sayta açıqlamasında bildirib ki, bizim şurada bütün radio və televiziya verilişlərinin monitorinqi aparılır:

“Bütün verilişlər 1 gün sonra yoxlanılır. Əgər qanun pozuntusu aşkarlanarsa, onda MTRŞ mövqe bildirəcək. Ümumiyyətlə isə milli mənəvi dəyərlərə xələl gətirən görüntülər aşkarlanan verilişlər ilə bağlı MTRŞ tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq ölçü götürülür”.

Sədr müavini əlavə edib ki, sözügedən verilişlə bağlı həftənin ilk iş günü yəni bazarertəsi MTRŞ münasibət bildirəcək.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !