Bahar Çiçəkləri adlı rəsm sərgisinin açılışı oldu - +FOTOLAR (AZpress.AZ, Rüstəm İsmayılov)

“Bahar Çiçəkləri” adlı rəsm sərgisinin açılışı oldu +FOTOLAR (AZpress.AZ, Rüstəm İsmayılov)

AZpress.AZ xəbər verir ki, Sərgidə nümayiş olunan rəsm əsərləri müəllim və tələbələrə aid idi. Layihənin rəhbəri Azərbaycan Rəssamlar İttifaqının üzvü rəssam Yüzbaşıyeva Vəfa Rüstəm qızının məlumatına əsasən, sərginin əsas məqsədi Bakıda fəaliyyət göstərən rəssamlıq dərnəklərində, incəsənət məktəblərində çalışan müəllim və tələbələrin iş fəaliyyətlərinin ictimaiyyətə çatdirmaqdır.

 

“Bahar çiçəkləri” adlı sərgidə 16 müəllim və 75 tələbənin əsərləri nümayiş olunurdu. Sərgidə Azəbaycan Rəssamlar İttifaqının sədr müavini, professor, xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq üzrə professoru, elmlər doktoru Kübra Əliyeva və “Ziya İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi”nin sədri Səyyad Bayramov iştirak edirdilər.

 

Qonaqlar sərgidə iştirak edən hər bir kəsi, qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdilər. Müəllim peşəsinin çətin olmasına baxmayaraq insanın xüsusi zövq və ruhun sakitləşdirilməsindən bəhs olundu. Eyni zamanda sərgidə nümayiş olunan əsərlərə öz fikirlərini bildirən qonaqlar layihə rəhbərini bu cür təşəbbüsündən dolayı təbrik etdilər. Sonda müəllimlərə diplomlar, tələbələrinə isə sertifikatlar təqdim olundu. Sərgidə öz əsərləri ilə iştirak edən müəllimlər və onların tələbələri:

 

Vəfa Yüzbaşıyeva, Emilya Həsənova, Ədilə Ayaz, Nərmin Bəhmanova, Nəcibə İsmayılova, Nərminə Vəliyeva, Nailə İsgəndərzadə, Nərmin İbrahimova, Sədaqət Abbasova, Qənirə Əsgərova, Əminə Musayeva, Leyla Əfəndiyeva, Ayturan İbrahimova,Fidan Babayeva, İradə Ömərova, Nuranə Cəfərova.

 

Tələbələr

 

Aytac Əliyeva, Elgül Əlirzayeva, Arzu Qəbləyeva, Aytən Əhmədzadə, Xədicə Orucova, Aynur Əliyeva, İlahə Zahidova, Aynur Qurbanova, Arzu İbrahimova, Leyla Qəhrəmanova, Nərmin Seyidova, Nəzrin Axundzadə, Nail Hacıyev, Nərgiz Rəsulova, Qəmər Mahmud, Nigar Hüseyinova, Leyla Hüseyinova, Nəzrin Cəlilova, İsmayil Cəlilov, Zeynəb Quluyeva, Rəna Quluyeva, Leyla Rüstəmova, Emilya Əzimova, Fidan İsazadə, Günel Quluyeva, Ayan Əliyeva, Leyla Babayeva, Zəhra Məmmədova, Ayan Nəbiyeva, Səmayə Əliyeva, Nurgül Əliyeva, Yeganə Vəliyeva, Səidə Kəbirlinskaya, Ayan Nağıyeva, Banu Nağıyeva, Adelina Osmanova, Altay Adıgözəlov, Nurcan Poladova, Nəzrin Mirkişili, Zəhra İldırımlı, Sofiya Rəsulova, Nəzrin Babazadə, İnci Babazadə, Mədinə Səmədova, Safura Cəfərova, Jalə Hüseyinzadə, Şura Zeynal, Nərgiz Mehdiyeva, Fəridə Bayramlı, Günel Hüseyinzadə, Fidan Əhmədzadə, Dəniz Hüseyinzadə, Firuzə Allahverdiyeva, Murad Səmədli, Əfruz Qocayeva, Tuncay Nəzərli, Türkanə İbrahimli, Sevgi Əliyeva, Nərmin İsrafilli, Surə Dadaşzadə, Natiqə Əsədli, Əbülrəhim Bağırov, Rza Quluyev, Nuray Məmmədova, İnci Məsimli, Vaif Hətəmli, Raziyyə Əmiraslanova, Ellina Rzayeva, Xədicə Mahmudzadə, Əlihüseyin Mahmudzadə, Qismət Rzasoy, Əkbər Tağızadə, Fatimə Nurəli, Səriyyə Cəfərli. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !