ADGTT-nın səhnəsində Çeburaşka - (+FOTOLAR)

ADGTT-nın səhnəsində Çeburaşka (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, martın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Eduard Uspenskinin “Timsah Gena və dostları” əsəri əsasında hazırlanan “Çeburaşka” tamaşasının premeyrası keçirildi.
Tamaşa məktəblilərin yaz tətili və Novruz bayramı ərəfəsində təqdim edildiyi üçün premyeranı izləməyə çoxsaylı məktəblilər gəlmişdilər. Axı, Çeburaşka bütün uşaqların sevimli personajıdır. Onun ən yaxın dostu Genanın səhnədə peyda olması ilə başlanan əhvalatı uşaqlar böyük maraqla izlədilər. Dostluq, səmimiyyət və dürsütlük. Tamaşa uşaqlara bunu ötürürdü. Səhnə əsərini izləyən balaca dostlar mehriban, hər kəsə kömək etməyə hazır olan Çeburaşkanı çox sevdilər. Onlar çeburaşka ilə birgə sevinib onunla birgə kədərlənirdilər. Uşaqlar bu tamaşanı izləyərkən bir daha başa düşdülər ki, dostluqda sədaqətli və hər zaman dürüst olmaq lazımdır və əsl dostluq paxıllıq hissinin nə olduğunu bilməməkdir.
Uşaqlar tərəfindən alqışlarla qarşılanan bir hissəli musiqili tamaşanın rejissoru Ayla Həşimova, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Günay Qasımovadır.
Tamaşada rolları Səbinə Məmmədova (Çeburaşka), Ceyhun Məmmədov( Gena), Zülfiyyə Alhüseynova(Şapoklyak), Xaliq Bəkirov (Kolya), Əməkdar artist Almaz Mustafayeva (Mariya Frantsovna), Ədalət Əbdülsəməd( polis) və başqaları ifa edirlər.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !