ADGTT-nın həftəsonu repertuarı - (+FOTOLAR)

ADGTT-nın həftəsonu repertuarı (+FOTOLAR)

AZpress.AZ-ın məlumatına görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bayram günləri ərəfəsində, həftəsonu iki premyera ilə tamaşaçılarının görüşünə gəlir. Martın 17-də saat 12:00, 14:00 və 16:00-da H.X.Andersenin “Qar kraliçası” və martın 18 və 19-da eyni saatlarda E.Uspenskinin “Çeburaşka” əsərləri əsasında hazırlanan tamaşaların ilk təqdimatı həftəsonu repertuarın əsasını təşkil edir. Daha sonrakı günlərdə teatr bir-birindən maraqlı səhnə əsərləri ilə məktəblilərin görüşünə gələcək. Yaz tətili günlərində, mart ayınınn 19-u “Çeburaşka”, mart ayının 21- Ş.Perro “Çəkməli pişik”, 22-i Xalq nağılı “Qoğalın sərgüzəştləri”, 23-ü A.Şaiq “Danışan gəlincik”, 24-ü C.Rodari “Çippolino” və 25-i ərəb xalq nağılı “Əlibaba və qırx quldur” tamaşalarını izləyə biləcəklər. Tamaşalar gün ərzində 3 seans olmaqla saat 12:00, 14:00 və 16:00-da nümayiş olunacaq.
Tamaşalardan əvvəl Novruz bayramının məşhur personajları Keçəl və Kosa səhnəyə çıxaraq uşaqları təbrik edəcək, Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar. Daha sonra isə tamaşalar nümayiş olunacaq. Bayramı maraqlı keçirmək istəyən hər kəsi Dövlət Gənc Tamaşaçılar Teatrına və bayram tamaşalarımıza dəvət edirik.
Tamaşalara Bbiletləri mərkəzləşmiş kassa və “Asan xidmət” filiallarından əldə edə bilərsiniz.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !