Sumqayıtın 1-ci məhəlləsi şəhərin "1-ci"sinə, nümunəvi məhəlləyə çevrilir - (+FOTOLAR)

Sumqayıtın 1-ci məhəlləsi şəhərin "1-ci"sinə, nümunəvi məhəlləyə çevrilir (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbayacanın bütün şəhər və kəndlərində olduğu kimi, Sumqayıtda da, onun bütün məhəllə və mikrorayonlarında da Novruz bayramı bugünlərdə əsl el şənlikləri kimi yüksək səviyyədə, sevinclə keçirilir.
Şəhərin 1-ci məhəlləsində təşkil edilmiş bayram tədbiri isə sakinlər üçün ikiqat bayrama çevrilmişdi. Belə ki, şəhər rəhbərliyinin diqqət və qayğısının nəticəsi olaraq burada son 50 ildə ilk dəfə olaraq binaların əsaslı təmirinə başlanmış, onların dalanları, mərtəbələrarası pilləkənləri təmir edilmiş, blokların daxili divarları rənglənmiş, sıradan çıxmış giriş qapıları dəmir qapılarla əvəz edilərək təzələnmiş, şüşəsiz pəncərələr bütünlüklə şüşələnmişdir.
Sakinlərin daha bir sevincinə isə məhəllə daxilində aparılan geniş yaşıllaşdırma və abadlıq işləri səbəb olmuşdur. Belə ki, bu ilin yanvar ayından başlayaraq burada 200-dən artıq şam və küknar pöhrələri əkilmiş, yaşlı ağaclar budanaraq cavanlaşdırılmışdır. Uşaqların əylənməsi üçün yeni quraşdırılmış və bərpa edilmiş, göz oxşayan dizaynla rənglənmiş yelləncəklər, kişik attraksionlar və digər qurğular həm balacaların, həm də valideynlərin ürəyincə olmuşdur.
Böyüklərin, ö cümlədən gənclərin asudə vaxtlarında toplaşaraq nərd, şahmat və domino oynamaları üçün söhbətxana-kölgəliklər ("besedka"lar) bərpa olunaraq yenilənmiş, rənglənmiş və rahat oturacaqlarla təmin edilmişdir. Müxtəlif yaş qrupları və böyüklər üçün olan turniklər də təmir edilib, möhkəmləndirilərək səhər idmanı üçün sakinlərin ixtiyarına verilmişdir.
Məhəllənin on illərlə təmir edilməyərək, bərbad hala düşmüş daxili yolları və səkiləri, meydançaları da keyfiyyətlə asfaltlanaraq, abadlaşdırılmışdır.
Bütün bu görülmüş və hələ davam etdirilən işlər 1-ci məhəllənin görkəmini göz oxşayacaq dərəcədə gözəlləşdirmiş, tanınmaz etmişdir. Bundan məmnun olan sakinlər indi onlar üçün yaradılmış abadlığı qorumağa çalışaraq, Sumqayıtın Mənzil-kommunal Təsərrüfatı İstehsalat Birliyinin köməyi ilə məhəlləni müasirləmiş, yenilənmiş şəhərin nümunəvi məhəlləsinə çevirməyə səy göstərirlər.
Təsadüfi deyil ki, məhəllə sakinləri Novruz bayramını onlara bu abadlıq və gözəlliyi bəxş etmiş, onları əziz milli bayram münasibətilə təbrikə gəlmiş Birliyin rəhbərliyini və əməkçilərini sevinc və minnətdarlıqla qarşılamışlar. Təqdirəlayiqdir ki, sakinlərin sevincinə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin, şəhər Təhsil şöbəsinin rəhbərləri və nümayəndələri, şəhərin ilk qurucuları olan veteranlar, idman kollektivləri də qoşulmuşdular.
Bayram tədbirinin aparıcıları və çıxış edənlər Sumqayıtın ev-ev, küçə-küçə, məhəllə-məhəllə abadlaşdırılması üçün daim böyük diqqət və qayğı göstərən şəhər rəhbərliyinə, öz yorulmaz abadlıq-quruculuq fəaliyyəti ilə sumqayıtlıların böyük rəğbətini qazanmış İcra Hakimiyyəti başçısı Zakir Fərəcova minnətdarlıq ifadə etmiş, xoş diləklərini bildirmişlər. Hətta vaxtilə bir-neçə il Sumqayıta rəhbərlik etmiş Eldar İsmayılov Azərbaycanın son illərdə sürətli sosial-iqtisadi inkişafına, şəhər və kəndlərimizin infrastrukturunun xeyli yaxşılaşmasına nail olmuş ölkə Prezidenti İlham Əliyevə sumqayıtlılar adından minnətdarlıq bildirərək, etiraf etmişdir ki, son 30 ildə yaşadığı 1-ci məhəlləni bu cür abad görməmiş, burada belə bir təntənəli Novruz şənliyi keçirilməsinin şahidi olmamışdır. Şəhərin veteran təhsil işçisi, məhəllə sakini Qənirə Mehdixanlı və digərləri də Sumqayıta və sumqayıtlılara göstərilən diqqət və qayğıya, şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə, şəhər sakinlərinin sevimli istirahət mərkəzinə çevrilmiş dənizkənarı Bulvarın yaradılmasına görə bütün bu işlərin təkanvericisi, ilhamvericisi olan Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə etrmişlər.
Yalnız uşaqların deyil, böyüklərin də sevincinə səbəb olmuş bayram tədbirində şəhərin Mədəniyyət Mərkəzinin, Sumqayıt şəhər Poeziya Evinin, müxtəlif musiqi kollektivlərinin, müğənnilərin ifasında mahnılar və Novruz bayramı ilə bağlı şeirlər səsləndirilmiş, baxşa uşaqları və məktəblilər musiqi sədaları altında rəqs edərək, yallı getmişlər. Respublikanın Əməkdar məşqçisi Yengibar Əliyevin cüdoçu yetirmələri tatami üzərində öz güc və bacarıqlarını, nümunəvi güləş fəndləri nümayiş etdirmişlər.
Bayram tonqalının yandırılması ilə başa çatan Novruz şənliyi axşamdan xeyli keçənədək davam etmişdir.
Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin Təşkilat şöbəsinin müdiri Gündüz Əliyev və digər məsul nümayəndələri iştirak etmişlər.

 

Rəhman Orxan

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır 

 

 



 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !