Valideynlərin diqqətinə! - - Körpənin üzərinə qaynar su dağıldı...

Valideynlərin diqqətinə! - Körpənin üzərinə qaynar su dağıldı...

Sumqayıtda 3 yaşlı körpənin üzərinə qaynar su dağılıb

 

Sumqayıt şəhərində 3 yaşlı körpənin üzərinə qaynar su ilə dolu qab aşıb, o, ağır yanıq xəsarəti alıb.

 

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.

 

Belə ki, 2015-ci il təvəllüdlü Tural Azər oğlu Şükürov evdə nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb. Azyaşlı yaxınları tərəfindən dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxansına çatdırılıb. Müayinə olunan 3 yaşlı uşağa 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub və bədənin 3 də 1 hissəsi yanıb. Xəstəxanadan bildirilib ki, uşağın vəziyyəti qənaətbəxşdir və müalicəyə cəlb olunub. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !