Könül İnciləri adlı fərdi sərgi keçirilib - (+FOTOLAR)

“Könül İnciləri” adlı fərdi sərgi keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 24 mart 2018-ci il saat 17:00-da Xətai Sənət Mərkəzində gənc modelyer rəssam Könül İncinin “Könül İnciləri” adlı fərdi sərgisi baş tutdu.
Sərgini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının elmi şurasının üzrü Samir Sadiqov açdı və rəssamın fəaliyyəti, yaradıcılığı haqqında öz ürək sözlərini söylədi və ona gələcək yaradıcılığında uğurlar arzuladı. Həmçinin Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov da Könül xanım haqqında öz xoş arzularını bildirdi və Ona Xətai Sənət Mərkəzinin xüsusi diplomunu təqdim etdi. Bundan başqa, Könül xanımın müəllimi Fərhad İsniyev tələbəsinə uğurlar arzuladı. Könül xanım münsiflər heyətini və sərgiyə gələn qonaqlara təşəkkürünü bildirdi.
Könül İnci 1988-ci il 22 mart Bakı şəhərində anadan olmuşdur. O, 2006-cı ildə 299 saylı məktəbi bitirmiş, 2007-ci ildən moda sahəsində çalışmağa başlamışdır. 2009-cu ildən Sarabski adına Mədəniyyət evində Fərhad müəllimdən rəssamlıq dərsləri almışdır. Bakı şəhərində keçirilən bir sıra qrup sərgilərin iştirakçısı olmuşdur. Həmçinin, 2016-cı ildə Lider Tv-də yayımlanan “Zövq savaşı” televiziya layihəsində 2-ci yeri tutmuşdur.
Modelyer-rəssam hal-hazırda moda evində çalışır.
Sərgidə gənc rəssamın 30-a yaxın əsərinin nümayiş olundu.
Müxtəlif mövzulara toxunan gənc rəssam yağlı boya, qrafika, sulu boya və.s texnikaları ilə əsərlər yaratmışdır.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !