Azərbaycan və azərbaycanlı adına layiq olmaq... - - Bəxtiyar SADIQOV

Azərbaycan və azərbaycanlı adına layiq olmaq... - Bəxtiyar SADIQOV

 Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yüz yaşı tamam olur...
Cəmi 23 ay yaşamış Xalq Cümhuriyyətinin...

Hər dəfə Yaxın Şərqdə ilk demokratik respublika quranları xatırlayanda onların şəxsiyyətlərinə və bilgilərinə heyrət etmişəm!

Bu insanlar nə qədər vətənpərvər olmuşlar!

Bu insanlar Azərbaycana və azərbaycanlı adına nə qədər sadiq olmuşlar!

Bu insanlar nə qədər geniş dünyagörüşlü və əqidəli olmuşlar!

 

 

***

 

 

Bu insanlar nə qədər mədəni, tərbiyəli və siyasi mübarizənin prinsip və qaydalarına sədaqətli olmuşlar!

Nə kommunist ideologiyasının onlara qarşı haqsızlıqları, nə çəkdikləri əziyyət və sıxıntıları, nə də vətən və doğmalarının həsrəti onları dəyişdirə bilmişdir!

Sona qədər azərbaycanlı olaraq qalmışlar!

Sona qədər doğma Azərbaycana sadiq və vəfalı qalmışlar!

Bu gün Azərbaycandan küsüb gedənlər var!

Bu gün öz xoşu ilə başqa ölkədə yaşamağı üstün tutanlar var!

Bu gün firəvan yaşayış naminə Azərbaycandan qaçıb vətəninə dönük çıxanlar, hətta ona qarşı xəyanətkar mövqe nümayiş etdirənlər də var!

Xoşbəxtlikdən onların sayı azdır! Lap az!

Amma hərəkətləri, özləri üçün seçdikləri “mübarizə vasitələri” ürək bulandırır.

Nəinki azərbaycanlı kişisi, heç sadə azərbaycanlı adına da yaraşmır!

Guya qoyub getdikləri vətənində kimdənsə qisas alırlar: ağızları söyüşlə açılır, söyüşlə bağlanır!

Müqəddəs heç nə bilmirlər, heç kimdən və heç nədən utanmırlar!

Bununla nəyə nail olmaq istəyirlər?

Vətənindən xoşun gəlməyib getmisən, get, öz işindir!

Bəs vətənin, Azərbaycan xalqının adını niyə batırırsan?

Görün heç Xalq Cümhuriyyətinin liderlərindən biri vətəni və vətənlərindəkiləri söydülərmi? Yox, sonadək gücləri və imkanları daxilində müstəqillik uğrunda mübarizə apardılar!

Siyasi mübarizə!

Gərək iş tutanda elə iş tutasan ki, sonra utanmalı olmayasan!

Gərək ağzından elə kəlmələr çıxarmayasan ki, ona görə doğmaların, qohumların sənin əvəzindən xəcalət çəkməsinlər!

Gərək harada, hansı qoltuqda yaşasan da, azərbaycanlı adını daşıdığını unutmayasan!

Axı, xaricdə yaşayan azərbaycanlılarımız çoxdur, lap çox!

 

 

Babalarımız kasıb oldu, mərd oldu!

Qoçaq oldu, mərd oldu!

Qaçaq oldu, mərd oldu!

Bu namərdlər hardan çıxdı,

Bax, bu mənə dərd oldu!

Bəxtiyar SADIQOV,

Milli Məclisin deputatı,

“Azərbaycan” qəzetinin baş redaktoru

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !