Kamal Abdullanın Bir, iki – bizimki! tamaşasının premyerası keçiriləcək -

Kamal Abdullanın “Bir, iki – bizimki!” tamaşasının premyerası keçiriləcək

AZpress.AZ xəbər verir ki, Martın 27-də, saat 19:00-da Akademik Milli Dram Teatrında yazıçı Kamal
Abdullanın “Bir, iki – bizimki!” tamaşasının premyerası keçiriləcək.
Teatrın mətbuat katibi Cavid Zeynallının verdiyi məlumata görə, səhnə
əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar
mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs
rejissoru Şahanə Səlimovadır.


Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii
rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.


Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya
Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.


Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !