Gənclər seçir və seçilir adlı Beynəlxalq seminar keçirilib - (+FOTOLAR)

“Gənclər seçir və seçilir” adlı Beynəlxalq seminar keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, MDB PAA Demokratiyanı, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı tərəfindən Azərbaycan Respublikasının Xaçmaz şəhərində 28 mart 2018-ci il tarixdə “Gənclər seçir və seçilir” adlı Beynəlxalq seminar keçirilmişdir.
Seminarda MDB PAA Şurasının Katibliyi və onun Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun nümayəndələri və ekspertləri, qonaqlar, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və bir sıra dövlət qurumlarının əməkdaşları iştirak etmişlər.
Seminarda Azərbaycanın içtimai-siyasi həyatında gənclərin iştirakının xüsusiyyətləri, tendensiyaları və perspekriv imkanları müzakirə edildi.
Seminarın mövzusuna uyğun olaraq müzakirələr aparıldı və MDB PAA DİMBİ Bakı filialının hazırladığı əyani vasitələr seminar iştirakçılarına paylandı.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !