31 Mart Azərbaycanlıların Soyqırımından bəhs edən tamaşa nümayiş olunacaqdır... - (+FOTOLAR)

31 Mart Azərbaycanlıların Soyqırımından bəhs edən tamaşa nümayiş olunacaqdır... (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Martın 31-i saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin “Ünvansız qatar” pyesi əsasında hazırlanmış tamaşa nümayiş olunacaqdır.
Tamaşa öz ata-baba yurdlarından didərgin düşmüş, Bakıya pənah gətirən soydaşlarımızın nisgilli və faciəli həyat həqiqətlərindən bəhs edir. Pyesin qəhrəmanları düşmən hücumundan və zülmündən qurtulub qaçmağı bacarmışdır. Lakin onlar hələ çıxdıqları yolun sonunu bilmirlər. “Ünvansız qatar” pyesinin qəhrəmanları ölümdən xilas olsalar belə yaşadıqları faciələr və daxili əzabları onları sıxır.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sona Qarayeva, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Sona Mustafayevadır.
Tamaşada rolları Əməkdar artistlər Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Qəmər Məmmədova, Leyli Vəliyeva, Vahid Əliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Çarhanlı, Türkan Şahmarlı, Xalidə Əliməmmədova, Mehriban Hüseynova, Yasəmən Məmmədova, Xalidə Şərifova, İradə Rəşidova, Zemfira Əbdülsəmədova, Zülfiyyə Alhüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Nuriyyə Əliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Manaf Dadaşov, İlham Əsədov, Ədalət Əbdülsəməd, Dilarə Fərəcullayeva ifa edirlər.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !