Şəmkir rayonunda “Şahin” hərbi-idman oyunun rayon birinciliyi - (+FOTOLAR)

Şəmkir rayonunda “Şahin” hərbi-idman oyunun rayon birinciliyi (+FOTOLAR)

Şəmkir şəhər ərazisində yerləşən “N” saylı hərbi hissədə Şəmkir rayonu üzrə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdir.Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Şəmkir rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov, Şəmkir rayon Təhsil şöbəsinin müdir müavini Hafiz Pənahov, Şəmkir rayon Təhsil şöbəsinin hərbi metodisti Zülfüqar Abbasov, məktəb direktorları, hərbi müəllimlər, rayon birinciliyinə iştirak hüququ qazanmış komandalar iştirak etmişdir. Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Şəmkir rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev “Şahin” hərbi-idman oyunları gənc nəslin hərbi vətənpərvərlik ruhunda böyüməsində, Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə almasında, onların ordu həyatına atılmasında mühüm rol oynayır. Artıq bu oyunlar Azərbaycan gəncləri arasında böyük diqqətə və marağa səbəb olub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda istedadlı, bacarıqlı, çalışqan, vətənsevər gənclər yetişir. Onların inkişafı üçün bütün imkanlar yaradılır. Gənclərimiz daim dövlətimizin diqqət və qayğısını hiss edirlər. 
Çıxış edən Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov,bu oyunların artıq 20 ildir keçirildiyini bildirmişdir.Vurğulayıb ki, kütləvi xarakter alan bu oyunlarda gənclərin fəal iştirakı çox sevindiricidir və onları gələcək uğurlara ruhlandırır. Aprelin əvvəllərində yaşanan hadisələr bir daha göstərdi ki, Azərbaycan gəncləri vətənpərvərlik ruhunda böyüyürlər. Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. 
Çıxış edən Şəmkir rayon Təhsil şöbəsinin müdir müavini Hafiz Pənahov bildirib ki, məqsəd gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, məktəblilərin ordu sıralarına hazırlanmasına köməklik göstərməkdir.
Daha sonra “Şahin” hərbi-idman oyunun əsasnaməsinə uyğun olaraq, rayon birinciliyinə iştirak hüququ qazanmış 6 komanda sıra hazırlığı, fiziki hazırlıq və mülkü müdafiə mərhələrindən keçmişlər.Yekunda münsiflər heyətinin qərarına əsasən, 1-yerə Şəmkir şəhər M.Füzuli adına Təbiət-təmayüllü liseyin komandası, 2-ci yerə Şəmkir rayon Sabirkənd tam orta məktəbin komandası, 3-cü yerə Şəmkir rayon Mahmudlu kənd tam orta məktəbin komandası layiq görülmüşdür. Qalib komandalar, fəal iştirak edən məktəblilər Şəmkir rayon Gənclər və İdman İdarəsi, Şəmkir rayon Təhsil şöbəsi, SHXÇDX-nin Şəmkir rayon şöbəsi tərəfindən diplom, medal, kubok və xatirə hədiyyələri ilə mükafatalandırılmışdır. 
Qeyd edək ki, qalib komanda M.Füzuli adına Təbiət-təmayüllü liseyin komandası “Şahin” hərbi-idman oyunun Gəncə-Qazax bölgəsi üzrə keçiriləcək zona turnirinə Şəmkir rayonunu təmsil etmək hüququ qazanmışdır.