Özbəkistanda kitab sərgisi təşkil olunub - (+FOTOLAR)

Özbəkistanda kitab sərgisi təşkil olunub (+FOTOLAR)

Özbəkistanda 31 mart azərbaycanlıların soyqırım gününə həsr olunmuş kitab sərgisi təşkil olunub.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımlara yox deyək” adlı kitab sərgisi təşkil olunub.
Tədbirdə Azərbaycan Səfirliyinin, Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları, xarici ölkələrin diplomatları, ictimaiyyət nümayəndələri, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
Sərgidə Qafqazda iki əsrdir azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasəti, ermənilərin Azərbaycan torpaqlarının işğalı, Azərbaycan xalqına qarşı törətdikləri qanlı hadisələrə dair nəşlər nümayiş etdirilib. Sərgidə xüsusi ilə son zamanlar Özbəkistanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Türküstanda və Qafqazlarda törədilən qətliamlara dair nəşr olunmuş Şuxrat Salamovun və azərbaycanlı alim Əli Həsənovun kitabları oxuculara təqdim olunub.
Qeyd olunub ki, ötən əsrin ikinci onilliyində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı 1918-ci ilin mart ayında daha geniş miqyas alıb və amansız olub. Həmin dövrdə Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə dəhşətli qırğınlar törədilib.
Gənclərə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım, eləcə də Ermənistanın Azərbaycana qarşı uzun müddətdən bəri apardığı işğalçılıq siyasəti barədə ətraflı məlumat verilib və vurğulanıb ki, keçmişini unudan gələcəyini qura bilməz. Bu cür soyqırımların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət onu törədənlərin cəzalandırılması istiqamətində səylərini gücləndirməli, soyqırım qurbanların xatirəsi daim yad edilməlidir.
Daha sonra Mədəniyyət Mərkəzində soyqırıma həsr olunmuş sənədli film nümayiş etdirilib, məlumatlandırmalar davam etdirilib.
Qeyd edək ki, Özbək mətbuatında 1918-ci il 31 mart azərbaycanlıların soyqırım günü, habelə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım və işğalçılıq siyasətinə dair silsilə məqalələr verilib.
Məqalələrdə Azərbaycan xalqının məruz qaldığı məşəqqətlər, qətliamlar, işğal və etnik təmizləmə siyasəti, 1918-ci il 31 mart azərbaycanlıların soyqırımını faktlarla sübut edən və Quba rayonunda aşkar olunmuş toplu məzarlıq geniş işıqlandırlıb.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !