Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı yığıncaq keçirilib - +FOTOLAR ( AZpressAZ - İsmayıl Əhmədov )

Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı yığıncaq keçirilib +FOTOLAR ( AZpressAZ - İsmayıl Əhmədov )

Şəki şəhərində 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı yığıncaq keçirilmişdir

 

AZpress.AZ xəbər verir ki, 31 mart 2018-ci il tarixdə şəhər icra hakimiyyətinin akt zalında 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclası keçirilmişdir.
Şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi etdiyi yığıncağın əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yığıncağı giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalandığını bildirmiş, həmin Sərəncama uyğun olaraq 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Şəki şəhərində tədbirlərin keçirilməsini təmin etmək məqsədilə təşkilat komitəsinin yaradıldığını, tədbirlər planının hazırlandığını diqqətə çatdırmışdır.
Sonra başçının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova çıxış edərək erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələri barədə danışmışdır.
Qeyd olunmuşdur ki, ötən əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Azərbaycanın digər yerlərində törədilən qırğınlar zamanı on minlərlə həmvətənimiz qəddarcasına öldürülmüş, xalqımızın qiymətli maddi-mədəniyyət abidələri məhv edilmişdir.
Bildirilmişdir ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti indi də məqsədyönlü şəkildə davam etdirilir. Xalqımız ötən əsrin sonlarında 20 Yanvar, Xocalı kimi misli görünməmiş dəhşətli faciələr yaşamış, torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyona yaxın həmvətənimiz öz ata-baba torpaqlarından didərgin düşmüşlər.
Qeyd olunmuşdur ki, tarixi şərait səbəbindən ötən iki əsrdə baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparılmışdır.
Yığıncaqda çıxış edən digər natiqlər erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamış, Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın əhəmiyyətini yüksək qiymətləndirmişlər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !