1761 abonentə ilk dəfə təbii qaz verilib - +FOTOLAR ( AZpressAZ - İsmayıl Əhmədov )

1761 abonentə ilk dəfə təbii qaz verilib +FOTOLAR ( AZpressAZ - İsmayıl Əhmədov )

AZpress.AZ xəbər verir ki, Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Martın 26-da rayonun Kiçik Dəhnə kəndinə ilk dəfə təbii qaz verilib.
1761 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 180 min 600 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, ölkə əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs ediblər. Bildirilib ki, bu ilin sonunadək rayonun Baş Küngüt və Çayqaraqoyunlu kəndlərinə də təbii qazın verilməsi təmin olunacaq.
Mərasimdə kənd sakinləri çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !