ŞƏKİ DÖVLƏT YOL POLİSİ UŞAQ BAĞÇALARINDA - +FOTOLAR ( AZpressAZ - İsmayıl Əhmədov )

ŞƏKİ DÖVLƏT YOL POLİSİ UŞAQ BAĞÇALARINDA +FOTOLAR ( AZpressAZ - İsmayıl Əhmədov )

AZpress.AZ xəbər verir ki, Ötən il (2017) respublikamız ərazisində piyadaların iştirakı ilə baş verən yol nəqliyyat hadisələri, ümumi qəzaların 51,2 % - ni təşkil edib. Həmin qəzaların bəziləri məhz piyadaların yol hərəkəti qaydasını pozması səbəbindən baş verib. Buna görə də, Şəki Dövlət Yol Polisi nəyin ki təhsil müəssisələrində hətda məktəbəqədər təhsil müəssisələrində də maarifləndirmə tədbirləri keçirir.
Növbəti tədbirlərdən biri də, 29 mart 2018 - ci il tarixdə, Şəki şəhər 11 saylı uşaq bağçasında keçirilmişdir.
Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş Leytenantı Tural Niftalıyev çıxış edərkən, uşaqlar gələcəkdə, böyüyəndə küçə hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə onlarda indidən yol hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədi ilə bu cür maarifləndirici tədbirlər keçirdiklərini bildirib.
Uşaqlara, əyani vasitələrdən fotoşəkillərdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, piyada keçidləri, svetofor və digər anlayışlar barədə ətraflı məlumatlar verilib.
Uşaq bağçasının müdiri, xanım Elmira Haqverdiyeva belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildirərək , Şəki DYP - nin əməkdaşı Tural Niftalıyevə minnətdarlığını bildirib.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !