1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında - +FOTOLAR ( AZpressAZ - Dilavər Nəcəfov )

“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” +FOTOLAR ( AZpressAZ - Dilavər Nəcəfov )

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi və “Asan Könüllüləri” Gənclər Təşkilatı ilə birgə tələbə və gənclər təşkilatlarının onlayn fəaliyyət günlərinə start verilib.
Fəaliyyətlər azərbaycanlıların soyqırımı haqqında həqiqətləri müasir informasiya-kommunikasiya texnologiyalarından və rəqəmsal media alətlərindən istifadə edərək dünya ictimaiyyətinə çatdırmaq, tələbə və gənclər təşkilatlarını səfərbər etmək məqsədi ilə həyata keçirilir.
Həmçinin “Park Bulvar” AVM-də, ali təhsil müəssisələrində və Gənclər Evlərində həştəqlər sərgilənir və məlumat masaları yerləşdirilib. Şəhər sakinləri və qonaqlara Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar məlumatlar verilir, bukletlər paylanır.
Aprelin 10-a kimi davam edəcək bu kampaniyaya qoşulmağa və 100 ili tamam olan 1918-Azərbaycanlıların Soyqırımını dünyaya tanıtmağa çağırıram. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !