Meymunların ölümünə səbəb olan telefonlar... -

Meymunların ölümünə səbəb olan telefonlar...

Ağıllı telefonlar qorillalar və başqa insanabənzər meymunların ölümünə səbəb olur...

 

Elm adamları insan DNT-si ilə 99 faiz uyğun gələn böyük meymunların həyatı üçün gözlənilməz təhlükə aşkarlayıblar.

 

AZƏRTAC Ecoportal saytına istinadən xəbər verir ki, smartfonların və oyun konsollarının istehsalı zamanı istiyədavamlı koltan mineralı (kolumbit-tantalit) istifadə olunur. Bu mineralın aşkarlanmış ehtiyatının 80 faizi Afrikada, Konqo Demokratik Respublikasının meşələrindədir. İnsanabənzər meymunlar da həmin ərazilərdə yaşayırlar.

 

Bioloq Kreyq Stenford deyir: “Yerli sakinlər çaylarda çox aşağı texnoloji səviyyədə koltanı qızıl kimi yuyurlar. Onlara bu minerallara görə pul ödənmir, əvəzində ov və ərzaq üçün tüfəng və patronlar verilir. Nəticədə onlar meymunları ovalayırlar”.

 

Ağıllı telefonlar, həmçinin heyvan ticarətində dəyişikliyə də səbəb olub.

 

Phys.org nəşri tədqiqatçı Ceyms Askyunun sözlərini yayımlayıb: “Siz Instagramda bir oranqutan seçə və sadəcə 50 dollar qarşılığında ala bilərsiniz”.

 

Heyvanlar brakonyerlər tərəfindən və böyüdükdən sonra ekzotik ev heyvanlarının icarəyə verildiyi heyvan ticarəti mərkəzlərindən gətirilirlər. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !