LiDER TV-nin "TUMANÇAQ" aparıcısı +18 ... - HƏCƏR (AZpress.AZ) (+FOTOLAR-VİDEO)

 Azərbaycan rejisorları erotik film çəkmək istəsələr... yəqin ki, ilk namizədləri Könül olar... Maşallah hər gün soyuna - soyuna gəlib gecəlik geyimlərinə çıxıb... Daha heç nə qalmayıb... Gecə geyimində efirə çıxan... sabah artıq Çimərlik geyimində... sonda isə.... daha mən demirəm.... Özünüz təxmin edin..............?!

 

PS: Video-epizodda, bu aparıcının dodaqlarına da fikir verin. Yəni, Respublikada  milli mentaliteti gözləyən, normal dodaqlı aktrisalarımız yoxdu? Vacibdirmi, şou xətrinə , bu tip adamları efirə cıxartmaq, insanları efirdən küsdürmək?... Yeri gəlmişkən, millət vəkili Aqil Abbasın bu məsələ ilə bağlı açıqlamasını da təqdim edirik.

HƏCƏR Məlikova(AZpress.AZ)

 

 

 

                                                                                     ***

 

Aqil Abbasdan AĞIR SÖZLƏR: “Efirə lüt çıxıb...” - DAHA BİR RƏZALƏT

 

Son vaxtlar aparıcılar şou göstərməkdə müğənniləri kölgədə qoyub. Əvvəlcə Zaur Baxşəliyevin efirə hamam xalatında çıxması, ardınca keçi kimi mələməsi, digər aparıcı Könül Yusifqızının efirdə gecə geyimində görünməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri bunu izləyiciyə qarşı hörmətsizlik kimi dəyərləndirib.

 

 

Millət vəkili Aqil Abbasın Yenicag.az -a açıqlamasında məsələyə münasibəti belə olub:

 

 

“O verilişləri xoşlamıram. Buna görə heç baxmıram da. Baxanda da görürəm ki, hədlərini aşırlar. Kimlərəsə azadlıq verilirsə, o demək deyil onlar hədlərini aşmalıdır. Kimsə efirə gecə geyimində, ya lüt çıxıb bilmirəm, hər halda, azadlığın da bir sərhəddi var. Amma millətin önünə çıxan aparıcı öz geyiminə, danışığına, oturuşuna-duruşuna fikir verməlidir. Efirə qoca, cavan, uşaq, qadın baxır. Yaxşı olardı ki, həmin aparıcılarımız AzTV, İctimai TV, Mədəniyyət kanalından veriliş aparmağı öyrənsinlər”.

 

 

 

Tanınmış media eksperti Zeynal Məmmədli isə hər bir proqramın qırmızı xətlərinin olmalı olduğunu vurğulayıb:

 

 

“Heç bir hazırlığı olmadan, heç nə mənimsəmədən veriliş təqdim etmək, yola vermək çox qorxulu haldır. Bunun yanında Zaurun keçi kimi mələməyi qorxulu deyil. Uzaqbaşı bunu bəyənməyənlər olacaq və Zaur bir də mələməyəcək. İzləyici tərbiyəsiz olanda aparıcının tərbiyəsizliyini hiss edə bilməyəcək. Bunu norma kimi qəbul edəcək. Bu mənada, keçi kimi mələmək tərbiyəsizlik deyil, amma problemləri araşdırmaq, çıxış yolu göstərmək əvəzinə keçi kimi mələmək, bax bu yolverilməzdir.

 

 

Hər bir verilişin qırmızı xətti olmalıdır və dövrə görə qırmızı xətlər dəyişir. Televiziyaların özünün dəqiq normaları olmalıdır. Diqqətimizi aparıcının efirə gecə geyimində çıxmasından, keçi kimi mələməsindən çox mühitə yönəltməliyik. Nəticəni yox, səbəbləri düşünməliyik. Mühiti qınamaq lazımdır. Aparıcı, ya sənətçi düşünür ki, gecə paltarında çıxıb məşhurlaşacaq. Gör insanlar nə günə qalıb ki, gecə geyimində efirə çıxmağı cəsarət kimi qiymətləndirir. Sabah bir siyasətçi efirə “çılpaq” çıxarsa, onu olduğu kimi görəriksə, bu cəmiyyətin uğurudur, amma sənətçini efirdə çılpaq görməyimiz növbəti məğlubiyyətimizdir”.

 

                                                                                    ***

 

Aparıcılar cəzalandırılacaq - MTRŞ-dan SƏRT REAKSİYA

 

 

Son vaxtlar şou göstərməkdə müğənniləri kölgədə qoyan aparıcılar sosial şəbəkələrdə müzakirə mövzusu olub. Zaur Baxşəliyevin efirə hamam xalatında çıxması, ardınca keçi kimi mələməsi, Könül Yusifqızının efirdə gecə geyimində çıxması cəmiyyətdə birmənalı qarşılanmayıb.

 

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşovun Yenicag.az-a açıqlamasında məsələyə münasibəti belə olub:
“Özəl TV-lər arasında rəqabət artdıqca aparıcılardan reytinq tələb olunur.
Buna görə də, onlar hansı vasitələrlə olursa-olsun efirdə qalmaqal yaradır, qeyri-nümunəvi insanları efirə çıxarır. Bütün bunlar rəqabət mühitinin fəsadlarıdır. Qaynar xəttimizə də insanlar müraciət edərək narazılıqlarını bildirir. Əgər belə vəziyyət kütləvi hal alarsa və qanun çərçivəsindən kənara çıxarsa, MTRŞ reaksiya verəcək.
Hələ ki, teleməkanda baş verənlər inzibati müdaxilə tələb etmir. Amma yayımçıların borcudur ki, ictiami rəyi nəzər alsın, həddi gözləsin. Həddi aşanlara qanun çərçivəsində reaksiya veriləcək”.

 

                                                                                      ***

 

Boşanan azərbaycanlı aktrisa toy FOTOsunu paylaşdı

 

Aktrisa Könül Yusifqızı toy fotosunu təqibçiləri ilə bölüşüb.

 

Həyat yoldaşından ayrılan aktrisa gəlinlikdə çəkilmiş fotosunu sosial şəbəkə hesabından paylaşıb.

 

Qeyd edək ki, aktrisanın sözügedən evlilikdən bir qız övladı var.

 

Könülün "Keçmişə səyahət" qeydi ilə paylaşdığı fotonu təqdim edirik:

 

 

 

 

                                                                               

 

    ***

 

Azərbaycanlı aparıcı efirə yataq paltarında çıxdı

 

 

Ötən gecə “Yarasa” proqramı ilə tamaşaçıların qarşısına çıxan aktrisa Könül Yusifqızı geyimi ilə diqqətləri üzərinə çəkib.


Milli.az-ın məlumatına görə, cəsarətli açıqlamaları ilə yadda qalan Könül bu dəfə bunu geyimində də əks etdirib.


Belə ki, aktrisa aparıcılığını etdiyi verilişin canlı yayımına yataq paltarı olan “pünyar”da çıxıb.