Gənc istedadlar liseyi şagirdlərinin rəsm əsərlərinin sərgisi açılıb - (+FOTOLAR)

“Gənc istedadlar” liseyi şagirdlərinin rəsm əsərlərinin sərgisi açılıb (+FOTOLAR)

Azərbaycan Xalq Cümhuriyyəti və Bakı Dövlət Universitetinin yaradılmasının
100 illik yubileyi münasibətilə “Kaspi” Təhsil Şirkəti ilə BDU nəzdindəki “Gənc
istedadlar” liseyi şagirdlərinin rəsm əsərlərindən ibarət sərginin açılışı olub. “Kaspi”
Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva tədbiri açaraq Azərbaycan Xalq
Cümhuriyyəti və BDU-nun 100 illik yubileylərinə həsr olunmuş tədbirin
əhəmiyyətini qeyd edib, onun işinə uğurlar arzulayıb. “Kaspi”nin yaranma tarixindən,
missiyasından və gələcək hədəflərindən bəhs edən Sona Vəliyeva “Kaspi” Təhsil
Şirkəti və Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsindən
danışıb, liseylərarası əlaqələri yüksək qiymətləndirib. Hər iki lisey şagirdlərinin
çəkdikləri rəsm əsərlərinin yüksək peşəkarlıqla qələmə alındığını bildirən Sona
Vəliyeva onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov prezident İlham Əliyevin
sərəncamı ilə “Xüsusi istedada malik olan şagirdlərin yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət proqramı”nın qəbulundan sonra bu proqrama uyğun olaraq 2007-
ci ildən fəaliyyətə başlayan “Gənc istedadlar” liseyinin başlıca vəzifə və
hədəflərindən bəhs edib. Liseyin əməkdaşlıq etdiyi təhsil müəssisələrindən danışan
rektor “Kaspi” Təhsil Şirkəti ilə əlaqələri xüsusilə qeyd edib və bu qurumun fəaliyyət
göstərdiyi müddət ərzində əldə etdiyi ugurları diqqətə çatdırıb. BDU-nun rektoru
sonda rəsm sərgisinin şagirdlərin gələcək fəaliyyətləri və yaradıcılıq imkanlarının
genişləndirilməsi baxımından böyük bir stimul olacağını bildirib.
Tədbirdə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “İki sahil”
qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edib və şagirdlərin istedadını yüksək
qiymətləndiriblər.
Sonra “Kaspi” Təhsil Şirkəti və “Gənc istedadlar” liseyi şagirdlərinin rəsm
əsərləri nümayiş etdirilib.
Hər liseydən 5 nəfər olmaqla on şagird 1-ci, 2-ci və 3-cü yerlərin qalibi olub,
digər şagirdlərə isə Fəxri Fərmanlar təqdim edilib.
Onu da bildirək ki, yaxın günlərdə liseylərarası stolüstü tennis, şahmat, futbol
və intellekt yarışlarının keçirilməsi nəzərdə tutulur. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !