Warning: simplexml_load_file(http://www.cbar.az/currencies/23.10.2018.xml) [function.simplexml-load-file]: failed to open stream: HTTP request failed! HTTP/1.1 503 Service Temporarily Unavailable in /home/content/46/7879846/html/azpress/includes/DefaultPage.php on line 874

Warning: simplexml_load_file() [function.simplexml-load-file]: I/O warning : failed to load external entity "http://www.cbar.az/currencies/23.10.2018.xml" in /home/content/46/7879846/html/azpress/includes/DefaultPage.php on line 874
“Kimyaçı” Mədəniyyət sarayında yanğın-taktiki təlimi keçirilmişdir - (+FOTOLAR)

“Kimyaçı” Mədəniyyət sarayında yanğın-taktiki təlimi keçirilmişdir (+FOTOLAR)

SOCAR-ın bütün idarə və müəssisələrində olduğu kimi “Azərikimya” İstehsalat
Birliyində də insan amili həmişə ön planda saxlanılır, əməkçilər üçün normal və
təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində xüsusi layihələr icra olunur, həmçinin
fövqəladə hallar zamanı zərər çəkməmələri üçün davamlı olaraq maarifləndirici tədbirlər
və şərti yanğın-taktiki təlimləri keçirilir. Belə yanğın-taktiki təlimlərdən biri də 18 aprel
2018-ci il tarixində Sumqayıt şəhərindəki Heydər Əliyev prospektində yerləşən,
“Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun balansında olan “Kimyaçı”
Mədəniyyət sarayında keçirilmişdir.
Yanğından Mühafizə Xidməti ilə obyektin mühəndis texniki heyətinin, növbədə olan
işçi personalın və şəhərin müvafiq qurumlarının qarşılıqlı fəaliyyətini təkmilləşdirmək
məqsədi daşıyan təlimdə ilkin olaraq Mədəniyyət sarayının rəhbərliyi şərti yanğın barədə
Sumqayıt şəhər Yanğndan Mühafizə Xidmətinə və “Etilen-polietilen” zavodunun
dispetçerinə məlumat vermişdir. Sonra Yanğndan Mühafizə Xidmətinin şəxsi heyətinin
hadisə yerinə gəlməsinə qədər görülməsi vacib olan işlərin icrasına başlanılmış,
insanların sərbəst şəkildə təxliyyə olunması üçün bütün ehtiyyat qapılarının açıq
saxlanılması təmin edilmiş, mədəniyyət sarayında quraşdırılmış yanğın su nasoslarından
və ilkin yanğınsöndürmə vasitələrdən istifadə etməklə baş vermiş “yanğının yayılmasının
qarşısının alınması və söndürülməsi” işləri həyata keçirilmişdir.
Hadisə yerinə gələn Sumqayıt şəhər Yanğndan Mühafizə Xidmətinin qüvvələri
qarşılanaraq, görülmüş tədbirlər barədə məlumat verilmişdir. YMX-nin qüvvələri dərhal
öz funksional vəzifələri çərçivəsində tapşırıqların icrasına başlamış, “alovun sarayın digər
hissələrinə yayılmasının qarşısının alınması, sarayda təhlükəyə məruz qalmış insanların
təhlükəsiz yerə təxliyə edilməsi və baş vermiş yanğının söndürülməsi” işlərini yerinə
yetirmişlər. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)