Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır... -

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır...

AZpress.AZ xəbər verir ki, Özünün 90 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır. ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də RF-nın tərkibində fəaliyyət göstərən xarici ölkə teatr kollektivləri ilə “qarşılıqlı qastrol səfərlərinə dair” yaradıcılıq müqavilələri imzalamışdır.
Hələ ötən il əldə olunmuş razılığa əsasən ADGTT-nın kollektivi Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının, Çeçenistan Dövlət Gənc Tamaşaçılar və Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində “Sabi” Dövlət Gənc Tamaşaçılar teatrlarının qonağı olaraq maraqlı tamaşalarla çıxış etmişlər.
Müqaviləyə uyğun olaraq ADGTT bu il may ayının 1-6 tarixlərində Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən Akademik Milli Dövlət Dram teatrının qonağı olacaq və görkəmli azərbaycan ədibi A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə sözügedən teatrın səhnəsində çıxış edəcəkdir.
Öz növbəsində Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı Bakıya səfər edərək may ayının 12-19 tarixlərində Azərbaycanda keçiriləcək III Beynəlxalq Şəki Teatr festivalı çərçivəsində 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olaraq, həm festivalın proqramında, həm də festival başa çatandan sonra Bakıda qastrol səfərini davam etdirərək, V.Korostılevin “Vova möcüzələr ölkəsində” tamaşasını ADGTT-nın səhnəsində nümayiş etdirəcəkdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)