Paytaxt sakinlərinin nəzərinə! -

Paytaxt sakinlərinin nəzərinə!

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti şəhər sakinlərinin nəzərinə çatdırır ki, builki Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işlərinin görülməsi ilə əlaqədar olaraq trekin bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Belə ki, aprelin 6-dan 7-ə keçən gecə Azneft dairəsində tribunanın tikintisi ilə əlaqədar olaraq kiçik radiuslu dairə quraşdırılacaq və həmçinin burada hərəkət hissəsi əvvəlki vəziyyəti ilə müqayisədə nisbətən daraldılacaq.
Aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar olaraq aprelin 7-dən 8-ə keçən gecə Üzeyir Hacıbəyov küçəsinin Puşkin küçəsi ilə Azadlıq prospektinin arasında olan hissəsində hərəkət zolaqlarının sayı azaldılacaq.
Həmçinin görülən hazırlıq işləri səbəbindən aprelin 9-u gecə saatlarından etibarən Səməd Vurğun küçəsinin Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Bundan başqa, aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar olaraq aprelin 11-dən 12-nə keçən gecə Neftçilər prospektinin Dəniz vağzalının qarşısına düşən hissəsində yolun hərəkət hissəsi daraldılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışa hazırlıqla əlaqədar görülən işlər nəticəsində yaranan müvəqqəti çətinliyə görə üzr istəyir və yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə şəhər sakinlərinə dərin minnətdarlığını bildirir.
 

                                                                                 ***

 

Dünyaca məşhur DJ Afrojack 2018 Formula 1 Azərbaycan Qran Prisi üçün Bakıya gəlir

 

Afrojack Jamiroquai-dən sonra səhnəyə çıxaraq avtoidman həvəskarları üçün möhtəşəm gecə bəxş edəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, 27 aprel tarixində Jamiroquai-nin iştirakı ilə baş tutacaq axşam konsertinin ardınca dünyaca məşhur DJ - Afrojack əyləncəsevərlərə coşğulu gecə təqdim edəcək. Əvvəlki illərdəkindən fərqli olaraq bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları Bakı Kristal Zalında keçiriləcək.
“Grammy” mükafatına sahib Afrojack bəstəkarlığı ilə də məşhurdur. O, elektronik, hip-hop və pop kimi müxtəlif musiqi janrları arasında asanlıqla keçidlər yarada bilən çoxcəhətli sənətçidir. Afrojack yalnız öz treklərinə görə yox, həm də məşhur müğənnilər üçün bəstələdiyi mahnılara görə tanınıb sevilməkdədir. Onun bəstələdiyi treklər sırasına Beyonce-un “Run The World (Girls)”, Madonnanın David Guetta ilə birlikdə ifa etdiyi “Revolver” və Ne-Yo ilə Pitbull-un birgə səsləndirdikləri “Give Me Everything” mahnıları daxildir.
Sırf bu il ərzində Afrojack Dirtcaps ilə birlikdə “Bad Company” trekini, yenidən David Guetta və Sia ilə birlikdə “Helium” trekini və həmçinin U2-nun “Get Out Of Your Own Way” mahnısının remiksini buraxıb. O, yaxın dostu David Guetta ilə sıx əməkdaşlığa davam edir və onlar bu ilin sonunda “İbiza”-da birlikdə çıxış edəcəklər. Bundan başqa, iki dost ötən il Ester Dean ilə birlikdə ifa olunan “Another Life” və Charli XCX və French Montana ilə birlikdə səsləndirilən “Dirty Sexy Money” mahnılarını ərsəyə gətiriblər.
Madonnanın David Guetta ilə birgə ifa etdiyi “Revolver” mahnısına Afrojack-in 2011-ci ildə yazdığı “One Love Club” remiksi “Grammy” mükafatında qeyr-klassik janr kateqoriyasında ilin ən yaxşı remiksi adına layiq görülüb. O, indiyədək ümumilikdə 4 dəfə mükafata yiyələnib. Digər üç mükafatı Leona Lewis-in “Collide” mahnısının remiksinə, Chris Brown-un “Look at Me Now” və Ne-Yo, Pitbull və Nayer-in birgə ifa etdiyi “Give Me Everything” mahnılarına yazdığı bəstələrə görə əldə edib.

 

Bu yaxınlarda Afrojack yenidən “Wynn Las Vegas”-a qayıdacağı barədə açıqlama verib və məşhur DJ bu il bu məkanda əyləncə proqramı ilə ilboyu çıxış edəcək. Həmçinin o bu il “Ultra Miami” festivalının 20 illiyi ilə əlaqədar keçirilən konsert proqramlarında iki dəfə çıxış edib və bu konsertlərin birinə Oliver Rosa ilə birgə səsləndirdikləri “Lost” mahnısını ifa etmək üçün Vassy ilə birlikdə qatılıb.

 

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim məşhur DJ-in Bakıya gəlişinə çox sevindiyini bildirib: “Builki Azərbaycan Qran Prisinin dünya ulduzlarının iştirakı ilə baş tutacaq zəngin əyləncə proqramına Afrojack kimi DJ-in daxil edilməsi olduqca sevindirici haldır. Afrojack elektronik rəqs musiqisinin ən nüfuzlu və istedadlı sənətçilərindəndirlər. O, cümə günü gecə saatlarında səhnəyə çıxaraq yarış həvəskarlarını öz məşhur trekləri ilə əyləndirəcək. Yarış təşkilatçılarından çox azının təklif etdiyi bu canlı əyləncə proqramı F1 azarkeşlərinə möhtəşəm gecə bəxş edəcək. Bakıda hər gecə səhərədək əyləncə olacaq! Mən şəxsən bundan daha yaxşı yarış həftəsonu təsəvvür edə bilmirəm! Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və 27-29 aprel tarixlərində Bakıda bizimlə birlikdə olun!”

 

Bütün bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqilera və Dua Lipanın konsertlərində və həmçinin bu konsertlərin ardınca DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarında ödənişsiz iştirak edə biləcəklər. Ayaqüstü yerlərə bileti olan tamaşaçılar həmin günə məxsus konsertə və DJ proqramına pulsuz qatıla biləcəklər.

 

DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarına ayrılıqda bilet almaq mümkündür və gündəlik satılan bu biletlərin qiyməti DJ-lərə ən yaxın mövqedə yerləşən Qızıl Dairə zonası üçün 50 AZN, digər yerlər üçünsə 30 AZN təşkil edir. Bu biletə sahib olanlar Bakı Kristal Zalına saat 23:00-dan etibarən buraxılacaqlar. DJ proqramlarına bilet almaq istəyənlər Kristal Zalın giriş qapılarında yerləşən kassalardan, www.iticket.az saytından və ya aşağıda qeyd olunan köşklərdən əldə edə bilərlər:


Yer Ünvan:


1 Park Bulvar 92 Neftçilər Prospekti, Park Bulvar TM 10:00 - 22:00

2 ASAN 2 (AMAY) ASAN, Alfred Nobel küç. 23, Xətai
3 ASAN 3 (Fresco Market) ASAN, Abbas Mirzə Şərifzadə küç. 157, Yasamal
4 Gənclik Mall Fətəli Xan Xoyski 38, Bakı 10:00 - 22:00

5 Heydər Əliyev Sarayı Bül-Bül pr.35., Bakı 11:00 - 19:00
6 Kiosk 1 (Azərbaycan kinoteatrı) Rəsulzadə və Əziz Əliyev kəsişməsində 12:00-21:00
7 Kiosk 2 (Kontinental Market) Nizami küç.95 11:00 - 19:00
8 Kiosk 3 (Hökümət Evi) Üzeyir Hacıbəyli küç. 69 10:00-18:00
9 28 Mall Azadlıq pr 45 TM 28 MALL 10:00-22:00

 

Qeyd edək ki, bütün tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar xidmət göstərəcək.
Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.
2018 Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün bilet almaq və Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

Daha ətraflı məlumat üçün media@bakugp.az elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

 

                                                                                    ***

 

Formula 1 Azərbaycan Qran Prisinə alının bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsi prosesinə başlanılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Qran Prisinə bilet alan tamaşaçıların nəzərinə çatdırır ki, aprelin 3-dən etibarən şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişmək mümkün olacaq. Bu proses aprelin 29-a yarış başlayanadək davam edəcək.

Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş bilet vauçerlərini gətirməlidirlər. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.

Onlayn alınan bilet vauçerləri 2018 Formula 1 Azərbaycan Qran Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər.

Biletlə əlaqədar yaranmış sualları bilet@bakugp.az elektron ünvanına göndərə bilərsiniz.

Satışda olan biletlər və tribunalar haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun: www.bakucitycircuit.com

 



Satış nöqtələri: 


1 Park Bulvar Neftçilər Prospekti 92 10:00-22:00 - (+99477) 600 00 60


2 28 Mall 28 May m.; Azadlıq pr.; 2-ci mərtəbə 10:00-22:00 - (+99412) 499 87 79


3 Gənclik Mall Gənclik m.;


Fətəli Xan Xoyski 38; 3-cü mərtəbə 10:00-22:00 - (+99412) 599 15 60


4 Port Baku Neftçilər pr. 151 10:00-22:00 (+99477) 600 00 60


5 Kiosk 1 M.Rəsulzadə 3. (Azərb. k/t yaxınlığı) 10:30-18:30 15:00-16:00 (+99412) 598 17 72


6 Kiosk 2 Sahil m.;


Bül-bül prospekti, Nizami küç. (Kontinental) 11:00-19:00 15:00-16:00 (+99412) 598 17 74
7 Kiosk 3 Üzeyir Hacıbəyov küç.69 (Hökümət evinin arxası) 10:00-18:00 14:00-15:00 (+99412) 598 17 73


8 Heydər Əliyev Sarayı Bül-Bül pr.35. 11:00-19:00 14:00-15:00 (+99412) 498 84 70


9 ASAN 1 Həsən Əliyev küç.36, İnqilab I-V: 10:00 – 19:00


VI-VII: 10:00 – 17:00 14:00-15:00 (+99477) 600 00 60


10 ASAN 2 Nobel prospekti 23, AMAY T.M 2-ci mərtəbəsi I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00 14:00-15:00 (+99477) 600 00 60


11 ASAN 3 Abbas Mirzə Şərifzadə 157, Yasamal I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00 14:00-15:00 (+99477) 600 00 60


12 ASAN 4 Sülh 197, Bakıxanov, Sabunçu I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00 14:00-15:00 (+99477) 600 00 60


13 ASAN Sumqayıt Bakı 15-ci məhəllə 42d, Sumqayıt, Sumqayıt I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00 14:00-15:00 (+99477) 600 00 60

 

                                                                                     ***

 

Azərbaycan Qran Prisinin marşalları üçün yanğından mühafizə və xilasetmə təlimləri keçirilir

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) birgə təşkilatçılığı ilə nazirliyin akademiyasında builki Formula 1 Azərbaycan Qran Prisinin marşalları üçün nəzəri və pratik hissələrdən ibarət yanğından mühafizə və xilasetmə təlimlərinə start verilib.

 

 

Üç gün davam edəcək bu təlimlərdə 180-dək marşal iştirak edir. Təlimlərin keçirilməsində əsas məqsəd marşallara yarış zamanı icra edəcək rollara uyğun bacarıqlar qazandırmaqdır.

 

 

Təlimlər zamanı akademiyanın xüsusi ixtisaslı təlim-tədris heyəti tərəfindən iştirakçılara yanğın təhlükəsizliyi haqqında biliklərin aşılanması, yanğının qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində bacarıqların möhkəmlənməsinə dair zəruri təqdimatlar veriləcək.

 

 

Bundan başqa, qeyd olunan sahələr üzrə istifadəsi vacib olan səciyyəvi texnika və avadanlıqlarla davranış və lazımi anlarda onların tətbiq qaydaları təlim iştirakçılarına əyani vasitələrlə çatdırılacaq.

 

                                                                                    ***

 

Dünyaca məşhur DJ qrupu Azərbaycan Qran Prisinin şənbə gecəsində əyləncəli proqramla çıxış edəcək


Axwell Λ Ingrosso DJ qrupu aprelin 28-i axşam saatlarında baş tutacaq Kristina Aqileranın konsertindən sonra səhnəyə çıxaraq avtoidman həvəskarları üçün möhtəşəm gecə bəxş edəcək
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, İsveçin dünyaya bəxş etdiyi ən məşhur sənətçilərdən və elektronik rəqs musiqisinin aparıcı şəxslərindən olan iki DJ – Axwell və Ingrosso - 2018 Formula 1 Azərbaycan Qran Prisinin ikinci günü əyləncəsevərlərə coşğulu gecə təqdim edəcək.
Sözügedən DJ-lər 28 aprel axşam saatlarında Kristina Aqileranın konsert proqramından sonra səhnəyə çıxaraq Kristal Zala toplaşanları səhər saatlarınadək əyləndirəcəklər. Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları Bakı Kristal Zalında baş tutacaq.
Əfsanəvi İsveç Mafia Evinin qurucu üzvlərindən olan Axwell və Sebastian Ingrossonun birlikdə təsis etdiyi Axwell Λ Ingrosso DJ qrupu onlara incəsənət fəaliyyətində yeni zirvələr qazandırıb. Əldə etdikləri çox sayda “Grammy” mükafatı, DJ Mag Top 100-lüyündəki uğurları və treklərinin ard-arda Billboard və Beatport-da ən çox dinlənənlər arasında yer alması bu möhtəşəm DJ cütlüyünə bütün dünyada böyük maraq oyadıb.

2014-cü ildə Nyu-Yorkda təşkil olunan “Governors Ball” musiqi festivalında ilk əməkdaşlığa imza atan, hazırda Stokholmda fəaliyyət göstərən qrup üzvləri “Something New” adlı debüt sinqlının ardınca “On my way”, “Can’t Hold Us Down” və “Sun is Shining” adlı mahnıları ilə radio dalğalarını fəth edirlər.

Musiqiçi Pusha T-nin də iştirak etdiyi “This Time” adlı sinql 2015-ci ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xeyriyyə tədbirində çıxış edən ulduzların konsertində eksperimental dönüş nöqtəsi idi. Bundan sonra qrup “Dream Bigger” adlı instrumental sinqlı ilə 2016-cı ilə start verir.
“Coachella”, “V Festival” və “Electronic Daisy Carnival” kimi musiqi və əyləncə platformalarında daimi iştirakı və prestijli məkanlardan olan “Ushuaia Ibiza”-da yay mövsümündəki mütəmadi çıxışları isveçli DJ-lərin incəsənət fəaliyyətinin bu il də daha yüksək tempdə keçəcəyindən xəbər verməkdədir.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim məşhur DJ-lərin Bakıya gəlişinə çox sevindiyini bildirib: “Axwell Λ Ingrosso-nun musiqisi bütün dünyaya xitab edir. Qrupun şənbə günü gecə saatlarında baş tutacaq əyləncə proqramı həftəsonu tədbirlərimizin ən həyəcanverici hissəsidir. Kristal Zalda baş tutacaq bu konsert F1 azarkeşlərinə möhtəşəm gecə bəxş edəcək. Mən şəxsən bundan daha yaxşı yarış həftəsonu təsəvvür edə bilmirəm – yalnız bir biletlə həm Kristina Aqileranın, həm də Axwell Λ Ingrosso-nun əyləncə proqramına şahidlik edəcəksiniz! Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və 27-29 aprel tarixlərində Bakıda bizimlə birlikdə olun!”

Bütün dördgünlük bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqilera və Dua Lipanın konsertlərində və həmçinin bu konsertlərin ardınca DJ-in iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarında ödənişsiz iştirak edə biləcəklər. Ayaqüstü yerlərə bileti olan tamaşaçılar həmin günə məxsus konsertə və DJ proqramına pulsuz qatıla biləcəklər.

DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarına ayrılıqda bilet almaq mümkündür və gündəlik satılan bu biletlərin qiyməti DJ-lərə ən yaxın mövqedə yerləşən Qızıl Dairə zonası üçün 50 AZN, digər yerlər üçünsə 30 AZN təşkil edir. Bu biletə sahib olanlar Bakı Kristal Zalına gecə saat 11-dən etibarən buraxılacaqlar. DJ proqramlarına bilet almaq istəyənlər Kristal Zalın giriş qapılarında yerləşən kassalardan, www.iticket.az saytından və ya aşağıda qeyd olunan köşklərdən əldə edə bilərlər:

 

 

Yer, Ünvan:


1 Park Bulvar 92 Neftçilər Prospekti, Park Bulvar TM 10:00 - 22:00

2 ASAN 2 (AMAY) ASAN, Alfred Nobel küç. 23, Xətai


3 ASAN 3 (Fresco Market) ASAN, Abbas Mirzə Şərifzadə küç. 157, Yasamal


4 Gənclik Mall Fətəli Xan Xoyski 38, Bakı 10:00 - 22:00

5 Heydər Əliyev Sarayı Bül-Bül pr.35., Bakı 11:00 - 19:00


6 Kiosk 1 (Azərbaycan kinoteatrı) Rəsulzadə və Əziz Əliyev kəsişməsində 12:00-21:00


7 Kiosk 2 (Kontinental Market) Nizami küç.95 11:00 - 19:00


8 Kiosk 3 (Hökümət Evi) Üzeyir Hacıbəyli küç. 69 10:00-18:00


9 28 Mall Azadlıq pr 45 TM 28 MALL 10:00-22:00

 

Qeyd edək ki, bütün tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar xidmət göstərəcək.
Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.
2018 Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün bilet almaq və Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

 

Daha ətraflı məlumat üçün media@bakugp.az elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

 

                                                                                ***

 

Dünyaca məşhur DJ qrupu Azərbaycan Qran Prisinin şənbə gecəsində əyləncəli proqramla çıxış edəcək


Axwell Λ Ingrosso DJ qrupu aprelin 28-i axşam saatlarında baş tutacaq Kristina Aqileranın konsertindən sonra səhnəyə çıxaraq avtoidman həvəskarları üçün möhtəşəm gecə bəxş edəcək
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, İsveçin dünyaya bəxş etdiyi ən məşhur sənətçilərdən və elektronik rəqs musiqisinin aparıcı şəxslərindən olan iki DJ – Axwell və Ingrosso - 2018 Formula 1 Azərbaycan Qran Prisinin ikinci günü əyləncəsevərlərə coşğulu gecə təqdim edəcək.
Sözügedən DJ-lər 28 aprel axşam saatlarında Kristina Aqileranın konsert proqramından sonra səhnəyə çıxaraq Kristal Zala toplaşanları səhər saatlarınadək əyləndirəcəklər. Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları Bakı Kristal Zalında baş tutacaq.
Əfsanəvi İsveç Mafia Evinin qurucu üzvlərindən olan Axwell və Sebastian Ingrossonun birlikdə təsis etdiyi Axwell Λ Ingrosso DJ qrupu onlara incəsənət fəaliyyətində yeni zirvələr qazandırıb. Əldə etdikləri çox sayda “Grammy” mükafatı, DJ Mag Top 100-lüyündəki uğurları və treklərinin ard-arda Billboard və Beatport-da ən çox dinlənənlər arasında yer alması bu möhtəşəm DJ cütlüyünə bütün dünyada böyük maraq oyadıb.

 

2014-cü ildə Nyu-Yorkda təşkil olunan “Governors Ball” musiqi festivalında ilk əməkdaşlığa imza atan, hazırda Stokholmda fəaliyyət göstərən qrup üzvləri “Something New” adlı debüt sinqlının ardınca “On my way”, “Can’t Hold Us Down” və “Sun is Shining” adlı mahnıları ilə radio dalğalarını fəth edirlər.

 

Musiqiçi Pusha T-nin də iştirak etdiyi “This Time” adlı sinql 2015-ci ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xeyriyyə tədbirində çıxış edən ulduzların konsertində eksperimental dönüş nöqtəsi idi. Bundan sonra qrup “Dream Bigger” adlı instrumental sinqlı ilə 2016-cı ilə start verir.
“Coachella”, “V Festival” və “Electronic Daisy Carnival” kimi musiqi və əyləncə platformalarında daimi iştirakı və prestijli məkanlardan olan “Ushuaia Ibiza”-da yay mövsümündəki mütəmadi çıxışları isveçli DJ-lərin incəsənət fəaliyyətinin bu il də daha yüksək tempdə keçəcəyindən xəbər verməkdədir.

 

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim məşhur DJ-lərin Bakıya gəlişinə çox sevindiyini bildirib: “Axwell Λ Ingrosso-nun musiqisi bütün dünyaya xitab edir. Qrupun şənbə günü gecə saatlarında baş tutacaq əyləncə proqramı həftəsonu tədbirlərimizin ən həyəcanverici hissəsidir. Kristal Zalda baş tutacaq bu konsert F1 azarkeşlərinə möhtəşəm gecə bəxş edəcək. Mən şəxsən bundan daha yaxşı yarış həftəsonu təsəvvür edə bilmirəm – yalnız bir biletlə həm Kristina Aqileranın, həm də Axwell Λ Ingrosso-nun əyləncə proqramına şahidlik edəcəksiniz! Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və 27-29 aprel tarixlərində Bakıda bizimlə birlikdə olun!”

 

Bütün dördgünlük bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqilera və Dua Lipanın konsertlərində və həmçinin bu konsertlərin ardınca DJ-in iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarında ödənişsiz iştirak edə biləcəklər. Ayaqüstü yerlərə bileti olan tamaşaçılar həmin günə məxsus konsertə və DJ proqramına pulsuz qatıla biləcəklər.

 

DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarına ayrılıqda bilet almaq mümkündür və gündəlik satılan bu biletlərin qiyməti DJ-lərə ən yaxın mövqedə yerləşən Qızıl Dairə zonası üçün 50 AZN, digər yerlər üçünsə 30 AZN təşkil edir. Bu biletə sahib olanlar Bakı Kristal Zalına gecə saat 11-dən etibarən buraxılacaqlar. DJ proqramlarına bilet almaq istəyənlər Kristal Zalın giriş qapılarında yerləşən kassalardan, www.iticket.az saytından və ya aşağıda qeyd olunan köşklərdən əldə edə bilərlər:

 

 

Yer Ünvan:


1 Park Bulvar 92 Neftçilər Prospekti, Park Bulvar TM 10:00 - 22:00

2 ASAN 2 (AMAY) ASAN, Alfred Nobel küç. 23, Xətai


3 ASAN 3 (Fresco Market) ASAN, Abbas Mirzə Şərifzadə küç. 157, Yasamal


4 Gənclik Mall Fətəli Xan Xoyski 38, Bakı 10:00 - 22:00

5 Heydər Əliyev Sarayı Bül-Bül pr.35., Bakı 11:00 - 19:00


6 Kiosk 1 (Azərbaycan kinoteatrı) Rəsulzadə və Əziz Əliyev kəsişməsində 12:00-21:00


7 Kiosk 2 (Kontinental Market) Nizami küç.95 11:00 - 19:00


8 Kiosk 3 (Hökümət Evi) Üzeyir Hacıbəyli küç. 69 10:00-18:00


9 28 Mall Azadlıq pr 45 TM 28 MALL 10:00-22:00

 

Qeyd edək ki, bütün tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar xidmət göstərəcək.
Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.
2018 Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün bilet almaq və Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

Daha ətraflı məlumat üçün media@bakugp.az elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

 

 

 


 

 



 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !