Warning: simplexml_load_file(http://www.cbar.az/currencies/23.10.2018.xml) [function.simplexml-load-file]: failed to open stream: HTTP request failed! HTTP/1.1 503 Service Temporarily Unavailable in /home/content/46/7879846/html/azpress/includes/DefaultPage.php on line 874

Warning: simplexml_load_file() [function.simplexml-load-file]: I/O warning : failed to load external entity "http://www.cbar.az/currencies/23.10.2018.xml" in /home/content/46/7879846/html/azpress/includes/DefaultPage.php on line 874
"Raquf Orucov Kuboku" ikinci beynəlxalq komanda turniri keçirilib - (+FOTOLAR)

"Raquf Orucov Kuboku" ikinci beynəlxalq komanda turniri keçirilib (+FOTOLAR)

“Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”, - Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu sözləri aprelin 19-da Bakı İdman Sarayında keçirilən 21 yaşadək olan gənclər (U-21) arasında cüdo üzrə "Raquf Orucov Kuboku" ikinci beynəlxalq komanda turnirinin rəsmi açılış mərasimidə bir daha səslənib.
Dövlət və hökumət qurumlarının nümayəndələrinin, Milli Məclisin deputatlarının, veteran hərbçilərin, şəhid ailələri üzvlərinin, tanınmış idmançıların, ictimai təşkilatların təmsilçilərinin iştirak etdikləri təntənəli mərasimdə əvvəlcə Azərbaycanın dövlət himni oxunub və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra yarış zalındakı iri monitorda ölkə rəhbərinin 2016-cı ilin Aprel döyüşlərinin əhəmiyyəti haqqında çıxışının yığcam videoxülasəsi nümayiş olunub.
Mərasimdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Sahib İsmayılov çıxış edərək, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri hünər və qəhrəmanlığın gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını, şəhid hərbçilərimizin xatirəsinə həsr edilən belə tədbirlərin milli-mənəvi dəyərlərimizi zənginləşdirdiyini qeyd etdilər. Polkovnik-leytenant Raquf Orucovun qardaşı Zabil Orucov şəhidlərin xatirəsinə göstərilən hörmət ehtirama görə turnirin təşkilatçısı “Azman holdinq”ə və "Judo Club 2012" idman klubuna və mərasim iştirakçılarına üzvləri adından təşəkkür edib.
Mərasimdə “Judo Club 2012”nin yeniyetmə cüdoçuları nümunəvi çıxışlar ediblər, incəsənət ustaları vətənpərvər ruhda musiqi parçaları səsləndiriblər.
Aprel döyüşlərində həlak olmuş hərbçilərin portretləri həkk edilən köynəklər geymiş ASAN könülləri tamaşaçıların alqışları altında meydançaya çıxıblar.
Rəsmi açılış mərasimi başa çatdıqdan sonra turnirin final mərhələsinin iştirakçıları tatami üzərinə dəvət olunublar. Bürünc medallar uğrunda mübarizənin qalibləri Gürcüstan və “Atilla-1” komandaları olublar. Qızıl və gümüş medalların sahibləri isə "Judo Club 2012" və Qəbələ komandalarının görüşündə müəyyənləşib. Qəbələ cüdoçuları gərgin mübarizədə qalib gələrək 21 yaşadək (U-21) gənclər arasında ikinci beynəlxalq "Raquf Orucov Kuboku" komanda turnirinin qızıl medalına layiq görülüblər. "Judo Club 2012" komandası, ötən il olduğu kimi, gümüş medalla kifayətlənib. Qaliblərə kubok və qiymətli hədiyyələr təqdim olunub.
Xatirə turniri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)