Tbilisidə Ulu Öndərin abidəsi ziyarət edilib... - (+FOTOLAR)

Tbilisidə Ulu Öndərin abidəsi ziyarət edilib... (+FOTOLAR)

Heydər Əliyevə həsr olunmuş konfransın iştirakçıları Tbilisidə Ulu Öndərin abidəsini ziyarət ediblər

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda beynəlxalq konfransın Gürcüstanın paytaxtında keçirilən panel iclasının iştirakçıları aprelin 21-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.

 

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Dillər Universitetinin, Tbilisi Dövlət Universitetinin, Gürcüstan Milli Elmlər Akademiyasının müəllim və professorları Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

 

Azərbaycan Dillər Universitetinin professoru Aidə Yusifzadə jurnalistlərə müsahibəsində deyib ki, bu il müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 95-ci ili tamam olur. Azərbaycan Dillər Universiteti, Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, birgə təşkilatçılığı ilə bu günlərdə Bakıda “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda beynəlxalq konfransın açılışı olub. Konfransın davamı olaraq dünyanın 11 ölkəsinin 13 universitetində mövzu ilə əlaqədar panel iclaslar təşkil olunur. Sayca 9-cu olan panel iclas bu gün Gürcüstanın paytaxtında keçiriləcək. Məqsəd Azərbaycan və Gürcüstan dostluğunun, qardaşlığının inkişafında və möhkəmlənməsində xüsusi xidmətləri olmuş Heydər Əliyevin multikultural və tolerant dəyərlər barədə düşüncələri, bu dəyərlərin inkişafındakı rolu barədə müzakirələr aparmaqdır. Konfransın bağlanışı da mayın 4-5-də Bakıda olacaq. Bağlanış mərasimində 11 ölkənin universitetlərinin və digər beynəlxalq qurumların nümayəndələri iştirak edəcəklər.

 

Tbilisi Dövlət Universitetinin Multikulturalizm Mərkəzinin rəhbəri, professor David Qoçoridze jurnalistlərə müsahibəsində deyib: “Heydər Əliyevin multikulturalizm və dövlətçilik ideyası bütün dünya üçün nümunədir. Tbilisidə belə bir tədbirin keçirilməsi mühüm hadisədir. Bu gün Heydər Əliyevin əsasını qoyduğu multikultural dəyərlər uğurla inkişaf etdirilir. Tbilisi Dövlət Universitetində də Multikulturalizm Mərkəzi yaradılıb. Biz bununla qürur duyuruq. Konfransın işinə uğurlar arzulayıram”.

 

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !