Şəkinin Bazar məhəlləsində səyyar qəbul keçirilib - +FOTOLAR ( AZpress.AZ - İsmayıl Əhmədov)

Şəkinin “Bazar” məhəlləsində səyyar qəbul keçirilib +FOTOLAR ( AZpress.AZ - İsmayıl Əhmədov)

AZpress.AZ xəbər verir ki, Aprelin 19-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin “Bazar” məhəlləsində səyyar qəbul keçirib.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, məhəllə sakinləri iştirak ediblər.
Görüşün əvvəlində ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə toxunulub, Şəki şəhərində görülən işlərdən söz açılıb həyata keçirilən layihələr barədə məlumat verilib.
Məhəllə sakinləri Mais Zeynalov, Xatirə Xəlilova, Çinarə Qasımova və başqaları çıxış edərək M.Müşviq və B.Paşayev küçələrində su-kanalizasiya xətlərinin çəkilişi zamanı dağılmış asfalt örtüyün bərpası, ərazidə sahibsiz itlərin zərərsizləşdirilməsi, S.Mümtaz küçəsində bir neçə yerdə işqlanmanın bərpa olunması və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !