Yol sıradan çıxır - - Yerli icra strukturlarının biganəliyi nəticəsində (+FOTOLAR-VIDEO)

Yol sıradan çıxır - Yerli icra strukturlarının biganəliyi nəticəsində (+FOTOLAR-VIDEO)

2016-cı ilin sonunda istifadəyə verilən Ramana-Maştağa avtomobil yolunda yerli icra strukturlarının biganəliyi və işinə səhlənkar yanaşması nəticəsində yolun asfalt-beton örtüyü sıradan çıxır.

 

 

Belə ki, yolun tikintisi zamanı səth sularının toplaşdığı ərazidə suyun kənarlaşdırılması üçün xüsusi quyu inşa edilib. Quyuya yığılan su kütləsi nasos vasitəsi ilə yaxınlıqdan keçən su kanalına axıdılır. Lakin yerli icra strukturlarının biganəliyi nəticəsində yağıntılı havalardan sonra həmin nasos işə salınmır.

 

 

Nəticədə isə atmosfer yağıntılarından əmələ gələn su kütləsi yolun hərəkət hissəsinə dolur. Bu isə həm vətəndaşların rahat gediş-gəlişinə mane olur, həm də tədricən asfalt-beton örtüyünün sıradan çıxmasına gətirib çıxarır.

 

 

Problemin qısa müddət ərzində aradan qaldırılması üçün aidiyyəti üzrə rəsmi şəkildə müraciət olunub. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !