ADGTT-nın aktyoru Gürcüstanda dəyirmi masa və görüşlərdə iştirak edib... - (+FOTOLAR)

ADGTT-nın aktyoru Gürcüstanda dəyirmi masa və görüşlərdə iştirak edib... (+FOTOLAR)

Xəbər verdiyimiz kimi ADGTT-ı rəhbərliyinin göstərişi ilə
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru,
Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov aprel
ayının 13-dən 19-dək Gürcüstan Dövlət Peşəkar Gənc
Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirlərində iştirak
etmişdir. Aktyor silsilə yubiley tədbirləri ilə yanaşı teatra həsr
edilmiş bir sıra dəyirmi masa və görüşlərdə də iştirak etmişdir.
İlham Əsədov Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi
naziri Mixail Georqadze, Tiflisdə fəaliyyət göstərən Heydər
Əliyev adına Azərbaycan Dram Teatrının Direktoru Varlam
Nikoladze ilə görüşləri zamanı Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-Azərbaycan Milli
Mərkəzinin prezidenti Əməkdar incəsənət xadimi Mübariz
Həmidovun xarici ölkə teatr rəhbərləri ilə qarşılıqlı yaradıcılıq
əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə apardığı
geniş miqyaslı layihələr, 145 yaşlı Azərbaycan teatrı haqqında
geniş məlumatı diqqətə çatdırmışdır. Tiflis Dövlət
Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycan
dostları” otağının rəhbəri Leyla Əmrahova, “Aktiv qadınlar”
assosiasiyasının rəhbəri Gültəkin Mustafayeva ilə baş tutan
görüşdə Azərbaycan teatrının perspektivləri haqqında fikirlərini
bölüşmüşdür.
Yubiley çərçivəsində təşkil edilən dəyirmi masada çıxış edən
aktyor, Almaniya, Hindistan, Polşa, Belarus, Ukrayna, Estoniya,
Kalmıkıya, Macarıstan, İsrail, Özbəkistan, Latviya, Litvadan
olan həmkarlarına ADGTT –nın beynəlxalq əlaqələri barədə
geniş məlumat verərək bildirmişdir ki, teatr dünya teatrları ilə
yanaşı qonşu dövlətlərin teatrları ilə də sıx yaradıcılıq
əlaqəsindədir və əlaqələr uğurla davam etdirilməkdədir.
Görüşlər zamanı qarşılıqlı yaradıcılıq mübadiləsi ilə bağlı
məsələlər müzakirə edilmişdir. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)