AXC – tarixi reallıq və müasirlik mövzusunda dəyirmi masa keçirildi - (YENİLƏNDİ) +FOTOLAR-VIDEO ( AZpress.AZ - Rüstəm İsmayılov, Məhərrəm, Mahiyə )

AXC – tarixi reallıq və müasirlik mövzusunda dəyirmi masa keçirildi (YENİLƏNDİ) +FOTOLAR-VIDEO ( AZpress.AZ - Rüstəm İsmayılov, Məhərrəm, Mahiyə )

AZpress.AZ xəbər verir ki, Ana Vətən Partiyası tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti – tarixi reallıq və müasirlik mövzusunda dəyirmi masa keçirildi 

 

                                                                                 ***


Tədbiri Ana Vətən Partiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması haqqında sərəncamına müvafiq olaraq keçirdi.
Birinci məruzəçi «Azərbaycanlılara qarşı soyqırımları» şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Vaqif Abışov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanın ağır durumu, azərbaycanlılara qarşı keçirilmiş soyqırım cinayətləri haqqında danışdı.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycan Xalq Cümhuriyyətinin tarixi» şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun fəaliyyətinin əsas istiqamətləri barədə məruzə ilə çıxış etdi.
Tarix üzrə fəlsəfə doktoru AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın Sovet dövrü tarixi» şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev isə Cümhuriyyətin xarici siyasəti və beynəlxalq vəziyəti haqqında məlumat verdi.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun «Ümumi tarix» şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Tofiq Mustafazadə isə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda daxili və xarici amilərin oynadığı rola aydınlıq gətirəcək. Cümhuriyyətin tarixi əhəmiyyətinə toxunaraq, onun tariximizdə tutduğu yeri göstərdi.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !