Azərbaycanda Sosial İş Təhsilinin Təkmilləşdirilməsi - - Layihə +FOTOLAR ( AZpress.AZ - Nail Əhmədov)

“Azərbaycanda Sosial İş Təhsilinin Təkmilləşdirilməsi” - Layihə +FOTOLAR ( AZpress.AZ - Nail Əhmədov)

AZpress.AZ xəbər verir ki, “Azərbaycanda Sosial İş Təhsilinin Təkmilləşdirilməsi”(ASİTT) layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası (SİMBA), Moldova Sosial İşçilər Assosiasiyasının və Azərbaycan Sosial İş İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində beynəlxalq konfrans həyata keçirildi.

 

26 Aprel 2018-ci il tarixində Bakıda “Post Sovet ölkələrində sosial iş: sosial iş təhsilində nailiyyətlər və problemlərə dair 4-cü elmi-praktiki konfrans” keçirildi. Konfrans əsasən Post Sovet ölkələrində sosial iş təhsilinə dair çətinlikləri, bu sahədə davamlı beynəlxalq dialoqun təmin edilməsi və ideyaların mübadiləsini, kurrikulum və proqram inkişafını, həmçinin regionda sosial iş peşəsinin gələcək inkişafı ilə bağlı müzakirələri əhatə edib.

 

Konfransda Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin rəhbəri Hadı Rəcəbli, Elm və Təhsil Komitəsinin üzvü Aqiyə Naxçıvanlı və Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin Aparat Rəhbəri Ceyran Rəhmətullayeva da daxil olmaqla, bir neçə dövlət nümayəndəsi, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələri və bütövlükdə 10 ölkənin sosial iş üzrə peşəkar mütəxəssisləri, Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasının Prezidenti Prof. Dr. Annamariya Kampanini və Qlazqo Universitetindən Dr. Yan Miliqan əsas məruzələrlə çıxış edəcək və tədbirdə həmçinin Türkiyə, Qazaxstan, İran, ABŞ, Qırğızıstan, Litva, İtaliya, Şotlandiya və Gürcüstanın kimi müxtəlif ölkələrin peşəkar sosial işçilərinin iştirakı ilə üç panel sessiyası həyata keçirilib. Ümumilikdə, konfransda 10 ölkədən 20 beynəlxalq nümayəndə iştirak etdi. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !